02.01.2020 Gündəlik Bürclər (2 Yanvar 2020)

01 Ocak 2020
6 111
0
02.01.2020 Gündəlik Bürclər (2 Yanvar 2020)
Qoç - gün ərzində yaranan fikir ayrılıqları və ixtilaflar dəf olunandır. Mübahisələrdə müzakirələrin konstruktiv məcrada olmasına çalışın. Belə diskussiyaların münasibətlərə mənfi təsir etməsinə imkan verməyin. Həmsöhbətinizi dinləməklə yanaşı, onun mövqeyini və maraqlarını da nəzərə alın. Mübahisəli məsələlərin yekun çözümünün qarşı tərəfi də təmin etməsinə nail olun. Maraqlı işgüzar təkliflərin alınması, sonradan məhsuldar olacaq yeni əməkdaşlığın alınması istisna deyil. Günün ikinci yarısında uğurların sayı artacaq. Yeni işə və ya kommersiya layihəsinə başlamaq olar.

Buğa - sizi narahat edən təşvişlər, nigaranlıqlar və qorxulardan qurtulmaq zamanıdır. Əks təqdirdə yaşamınız bundan sonra da səksəkəli ola bilər. Halbuki narahatlıq, təlaş üçün heç bir səbəb yoxdur. Çətinliklər zamanında, ağır situasiyalarda həmişə sizi dəstəkləmiş insanlar indi də yanınızdadır. Köhnə dostlardan biri sizi yeni sima ilə tanış edəcək. Bu sima sonradan yaşamınızda önəmli rol oynaya bilər. İmicinizdə dəyişikliklər edə bilərsiniz. Universal əşyalara üstünlük verin.

Əkizlər - çoxdankı rəqib və ya bədxah üzərində qələbəyə nail ola bilərsiniz. Karyera müstəvisində irəliləyişinizə uzun zamandan bəri mane olan problemin həlli üçün əlverişli zamandır. Hər şey tezliklə, sürətlə alınmayacaq. Lakin titanik səylərə də ehtiyac yoxdur. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun. Söhbətdə gərəkli sözlər tapın. Qəfil gəlir, qiymətli hədiyyələr istisna deyil. Günün ikinci yarısında tənhalıq arayışı, təkbaşına çalışmaq istəyi ola bilər. Müstəqil şəkildə çalışın, gələcəklə bağlı yeni planlar qurun. Yaxınlarınızla münasibətlərdə səmimi, qayğıkeş və həssas olun.

Xərçəng - eyni vaxtda bir neçə işə başlaya bilərsiniz. Belədə uğur qazanacaqsınız və darıxmayacaqsınız. Vaxtınızdan səmərəli istifadə etsəniz, işlər yarımçıq qalmayacaq. Ev işlərini görməklə yanaşı, peşəkar fəaliyyət müstəvisindəki problemlərin həllinə də ciddi diqqət yetirin. Alış-veriş üçün yaxşı gündür. Günün maliyyə fonu əlverişlidir. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq olun. Onların rəğbətini qazanmağa çalışın.

Şir - ətrafınızda vurnuxma və tələskənlik var. Yaxınlarınız iş və planları unuda bilərlər. Diqqətli olun, unutqanlığa yol verməyin. Ətrafınızdakı insanlar üçün səlislik, işgüzarlıq və zəhmətkeşlik nümunəsi olun. Çox nüfuzlu insanlar belə, yardım üçün sizə müraciət edəcəklər. Yardım edin, laqeyd davranmayın. Onlar əməyinizə görə sizə minnətdarlıq edəcəklər. Taym-menecmentdən yararlanın. Yaxınlarınızla ünsiyyətdə səmimi olun. Axşam saatlarında evdə oturmayın. Gəzinti, aktiv istirahət xeyirlidir.

Qız - şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşqlarla işgüzar əməkdaşlığa başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə edin. Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş, sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər. Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.

Tərəzi - yeni işlərə cəsarətlə başlaya bilərsiniz. Belə işlərdən biri sizə çox çətin təsir bağışlasa da, geri çəkilməyin. Bir qədər səy göstərsəniz, yaxşı nəticə əldə edə bilərsiniz. Sonucun qazanılması bir qədər vaxt alacaq. Amma buna dəyər. İşgüzar tərəfdaşlarla yanaşı, işdəki rəhbərlikdə də özünüzlə bağlı xoş təssürat yaradın. Belə olarsa, gəlirin artımı və ya yeni vəzifənin təklifi istisna deyil. Ciddi və işgüzar olun. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, ailə işlərində də huşyar davranın. Emosiyalara uymayın, hisslərə qapılmayın. Dürüst qərar qəbul edin.

Əqrəb - əlverişli və uğurlu gündür. Qüvvə və imkanlarınızı yeni fəaliyyət sahəsində sınamağa çoxdan can atırdınız. İndi eksperiment zamanıdır.
Qətiyyətli və iradəli olsanız, qələbəyə nail olacaqsınız. Bir zamanlar yardım etdiyiniz, çətin anda dəstək olduğunuz insan indi sizə kömək edəcək.
Çətin situasiyadan çıxacaqsınız. Yaşamınızda köklü dəyişiklik etmək istəmirsinizsə, axşam saatlarında bir qədər istirahət edə bilərsiniz.
Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız.

Oxatan - qüvvə və imkanlarınıza inanın. Potensialınıza şübhə etməyin. Qarşınızda yeni perspektivlər və üfüqlər açılır. Günün ilk yarısında çətinliklər yaranmayacaq. Ciddi olun, çünki bir qədər sonra problemlər yaşanacaq. İlk qələbədən sonra eyforiyaya qapılmayın. Əks təqdirdə həmin qələbə yeganə olacaq. Yaxın ətrafınızdakı insanlarda sözsüz dəstək və yardım gözləməyin. Ambisiyalarınızı təmin etmək əvəzinə maddi durumunuzu yaxşılaşdırmağa çalışın.

Oğlaq - səfər və ya səyahət üçün əla gündür. Uzaqlara yollanmasanız da, yaşam arealınının dəyişməsi və əhvalın yüksəlməsi xeyirdir. Romantik tanışlıq istisna deyil. Belə tanışlıq ciddi və xoş münasibətlərin təməli ola bilər. Enerji potensialı səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlərin yaranması riski yoxdur. Özünüzü çox yormayın. İfrat yorğunluq fəsadlara səbəb ola bilər. Axşam saatlarında normal istirahət edin.

Dolça - əvvəlcədən hazırladığınız planlara qayıda bilərsiniz. O planlardan bəziləri reallaşmasa, müşkülün səbəbini arayın. Qeyri-aktual hesab etdiyiniz planlardan biri reallaşa bilər. Qüvvə və imkanlarınızı dəqiq qiymətləndirin. Bundan sonra hərəkət edəcəyiniz istiqaməti seçin. Çoxdan can atdığınız nəticələri əldə etməyə çalışın. Şəxsi münasibətlərdə sizi uzun müddətdən bəri narahat edən problemi həll etməyin vaxtı çatıb. Məsuliyyət yükünü sizinlə bölüşməyə hazır insan var. Belədə həyat daha asan, sadə olar.

Balıqlar - əldə etdiyiniz nailiyyətlərlə kifayətlənməyin. Seçdiyiniz yoldan sapmasanız və geri çəkilməsəniz, ciddi irəliləyişə nail ola bilərsiniz. Yolunuzda qarşınıza çıxan sədlər və maneələrdən çəkinməyin. Nüfuzlu şəxslər və təcrübəli həmkarlardan yaxşı məsləhətlər ala bilərsiniz. Məsləhətlər aktuallığını itirməmiş onlardan yararlanın. Gəlirlər arta bilər. Özünüzü və yaxınlarınızı sevindirməyə çalışın. Əyləncə, istirahəti axşam saatlarına saxlayın. Pozitiv emosiyalar, yeni dostlar olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.