03.01.2020 Gündəlik Bürclər (3 Yanvar 2020)

02 Ocak 2020
6 487
0
03.01.2020 Gündəlik Bürclər (3 Yanvar 2020)
Qoç - Çox şey vəd edən olmasa da, xoş və maraqlı gündür. İşgüzar fəallığınız aşağı olacaq. Lakin əylənməyə qarşı deyilsiniz. Dostlarınıza baş çəkə, yeni tanışlıqlara başlaya bilərsiniz. Maddi çətinliklər istisna deyil. Bunun səbəbi sizin sadəlövhlüyünüz yox, yaranan şəraitdir. Vəziyyət böyük xərc tələb edir. Bürcün bəzi nümayəndələri borc almalı olacaqlar.

Buğa - Möhkəm olun! Sizi ağır gün gözləyir. Siz çətinliklərə hazır olsanız belə, bu qədər ciddi vəziyyətlə qarşılaşacağınızı qabaqcadan ağlınıza da gətirə bilməzdiniz. Rəhbərlik və işgüzar mühitlə münasibətləriniz korlanacaq. Heç kim problemlərin həllində sizə yardımçı olmaq istəməyəcək.
Gücünüzü toplamağınız lazımdır. Səhvlər yolverilməzdir. Bu, həm iş, həm də şəxsi sahəyə aiddir. Unutmayın ki, hamıdan gizli saxlamağa üstünlük verdiyiniz sirrin üstü bu gün açıla bilər.

Əkizlər - Çətin ki, bu gün uzun müddət yadınızda qalsın. Çünki xüsusi heç nə gözlənilmir. İşdə xırda fikir ayrılıqları mümkündür. Lakin iş münaqişəyə qədər gedib çıxmayacaq. Söhbət yalnız təsadüfi toqquşmalardan gedir və onların hamısından qalib çıxacaqsınız. Ətrafa diqqətlə nəzər salmaq lazımdır. Bu gün sizə həsəd aparanlar ola bilər. Onlar tezliklə bədxahlarınıza kömək etməyə başlayacaqlar. Günün emosional fonu sabitdir. Özünüzü həm təklikdə, həm yaxın dostlarınızın əhatəsində, həm də böyük məclislərdə rahat hiss edəcəksiniz.

Xərçəng - Uğurlu və məhsuldar gündür. Daha çox işləyin və əməyinizin mükafatı sizi məyus etməyəcək. Zəngin fantaziyanız sayəsində başqalarının həll edə bilmədikləri problemlərdən çıxış yolu tapa bilərsiniz. Şəxsi münasibətlər baxımından çox alverişli gündür. Yaxınlarınızla ünsiyyət və sevgi görüşləri üçün münasibdir. Yeni romanın başlaması mümkündür.

Şir - Sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız. Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.

Qız - Çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq. Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Qızlar romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər.

Tərəzi - Bu gün ümidlərinizi doğrultmayacaq. Çox darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır deyillər. Bunun əvəzində xeyli yeknəsəq iş, qaranlıq, bədxah adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs səylər olacaq.
Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq, sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına təyin olunan romantik görüşlər pis keçməyəcək.

Əqrəb - Çox uğurlu və istənilən başlanğıc üçün münasib gündür. Bu gün istənilən işin öhdəsindən gəlməyə, rəqiblərinizi üstələməyə və yeni səviyyəyə yüksəlməyə qadirsiniz. Həm özünüzün, həm də başqalarının ideyalarının həyata keçirilməsi üçün əlverişli gündür. Bu gün həm yaxşı rəhbər, həm də nöqsansız icraçı ola bilərsiniz. Bunu yalnız istəmək lazımdır.
Həyat potensialınız yüksək olacaq. Bu günə istənilən əyləncə planlaşdıra bilərsiniz. Əhval-ruhiyyəniz o qədər yüksəkdir ki, hər şey zövqünüzcə olacaq.

Oxatan - Həftənin ən əlverişli günləri hələ irəlidədir. Amma bu gün də pis deyil. Diqqətinizi planlaşdırmalara yönəldin. Bu gün belə işlər üçün çox münasibdir. Analitik qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq. Bir çox Oxatanlar nəhayət ki, çoxdandır diqqət tələb edən ailə işləri ilə məşğul ola biləcəklər. Övladlarınızın problemləri yarana bilər və onların həlli üçün şəxsən iştirakınız, eləcə də xərc lazım gələcək.

Oğlaq - Son vaxtlar sizi narahat edən suala cavab tapmaq mümkün olmur. Hələ bir neçə günü də qeyri-müəyyənlikdə keçirəcəyinizlə bağlı fikirlər heç də xoş deyil. Pis əhval-ruhiyyənizi başqaları ilə münasibətlərdə hiss etdirməməyə çalışın. Ətrafdakılarla incikliklərin heç yeri yoxdur.
Sevdiyiniz şəxslə münasibətləri yoluna qoymaq asan deyil. Hər şeyi danışıqlarla həll etmək olar. Lakin bu gün tərəf-müqabiliniz kompromislərə meylli olmayacaq. Qərar qəbul etməyə tələsməyin. Çox tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək.

Dolça - Həftə çox uğursuz günlə başlayır. Ətrafda baş verənləri başa düşmək və qəbul etmək çətin olacaq. Hətta, boş şeylər də əsəb yaradır. O zaman istisna olunmayan ciddi uğursuzluqlar barədə danışmağa belə dəyməz. Rəhbərliklə və nüfuzlu şəxslərlə ünsiyyətdə çətinliklər mümkündür.
Bu gün istənilən məqsədə çatmaq üçün həmişəkindən daha böyük səy tələb olunur. Ona görə də bütün fikirləşdiklərinizi əldə etməyə gücünüz yetməyəcək. Boş vaxtlarınızdan gücünüzün bərpası üçün yararlanın. Bunda meditasiya, aromaterapiya seansları köməyinizə çata bilər.

Balıqlar - Uğurlar və qələbələr vəd edən gözəl gündür. Yaradıcılıq potensialınız çox yüksəkdir. Ona görə də bədxahlarınız və rəqibləriniz maneəçilik törətməyə çalışsalar belə, istənilən məqsədinizə çata biləcəksiniz. Maraqlı görüşlər, məhsuldar iş danışıqları mümkündür. İstənilən romantik münasibətə başlamaq üçün münasib gündür. Onların hansı istiqamətdə inkişaf edəcəyi isə sizdən asılıdır. Gün iri bazarlıqlar üçün əlverişlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.