08.01.2020 Gündəlik Bürclər (8 Yanvar 2020)

07 Ocak 2020
5 565
0
08.01.2020 Gündəlik Bürclər (8 Yanvar 2020)
Qoç
Məsuliyyətli olmağınız, işə ciddi yanaşma tərziniz yaşca sizdən böyük olanlarda yaxşı təəssürat oyadacaq. Maliyyə işlərində, əmlakla bağlı məsələlərdə problemləri aradan qaldıracaqsınız.

Buğa
Ünsiyyət üçün münasib gündür. “Çətin” hesab etdiyiniz adamlarla bu gün dil tapmaq sizin üçün asan olacaq. Şənliklərdə, tədbirlərdə diqqət mərkəzində olacaqsınız. Bundan da məmnun qalacaqsınız.

Əkizlər
Nikbinliyiniz itib. Bu əhval da sizi qane etməyəcək. Ancaq yaranma səbəbini dəqiqləşdirmədən ondan yaxanızı da qurtara bilməyəcəksiniz. Kommersiya işləri üçün məhsuldar gündür.

Xərçəng
Elə bir informasiya əldə edəcəksiniz ki, onun sayəsində professional məsələləri həll edə biləcəksiniz. Dostlarınıza və yaxın ətrafınıza balaca da olsa sürpriz edəcəksiniz.

Şir
Istirahət edin, yorucu və çətin işləri təxirə salın. Danışarkən diqqətli olun. Informasiyanı paylaşarkən başqalarına aid olan və saxlamağınız gərəkən sirrin üstünü aça bilərsiniz.

Qız
Həyat eşqiniz sönük görünür. Bu üzdən də gücünüzün bərpası üçün istirahət etməyə ehtiyacınız var. Bu gün eksperimental əyləncələrdən və yorucu məşğələlərdənn imtina edin.

Tərəzi
Uzaq qohumlarla dil tapacaqsınız. Başqa şəhərdə yaşayan tanışınızla vacib məsələ ətrafında müzakirələr apara bilərsiniz. Bəzi “Tərəzi”ların yerlərini dəyişmək üçün əsasları olacaq.

Əqrəb
Yaxınlarınızın ciddi problemləri olacaq. Bu problemləri isə sizsiz həll edə bilməyəcəklər. Gün yorucu təsir bağışlayacaq. Bu səbəbdən də səhhətinizin pisləşəcəyi gözlənilir.

Oxatan
Azyaşlı uşaqlardan xoş sürpriz alacaqsınız. Rəsmi, yaxud da qeyri-rəsmi təntənəli mərasimlərdə iştirakınız məsləhət deyil. Çünki yorulacağınız və darıxacağınız gözlənilir.

Oğlaq
Uğurlu gündür. Xoş xəbər alacağınıız da istisna deyil. Uzaqdan gələn məktub, yaxud məlumat əla ideya verəcək. Həmin ideyanı reallaşdırmaq zəruridir.

Dolça
Ailədə problemlərin yaşanacağı bildirilir. Yaxınlarla dil tapmaq asan olmayacaq. Hobbinizə qayıdın, bu gün onunla məşğul olmaqla əhvalınızı qaldıra bilərsiniz.

Balıqlar
Bu gün sizi son zamanlar narahat edən bir sıra suallara cavab tapacaqsınız. Təəssüf ki, alacağınız cavab ürəyinizcə olmayacaq. Yaxşı olar ki, bu gün az danışıb, çox qulaq asasınız. Onda vacib məlumatı qaçırmayacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET