24.01.2020 Gündəlik Bürclər (24 Yanvar 2020)

23 Ocak 2020
7 635
0
24.01.2020 Gündəlik Bürclər (24 Yanvar 2020)
Qoç - Bəzən özünüzü çox açıq aparırsınız. Bu, yaxınlarınızın xoşuna gəlməyə bilər. Ailənin yaşlı üzvləri ilə ciddi fikir ayrılıqları istisna deyil. Alkoqollu içkilərdən sui-istifadədən uzaq olun. Soyuqqanlı mühakimələr etməyiniz və bütün hərəkətlərinizə görə özünüzə hesab verməyiniz çox vacibdir.

Buğa - Şəxsi həyatda sabitlik hökm sürəcək və bu, yəqin ki, sizi sevindirəcək. Ani tanışlıqlar və maraqlı əyləncələr darıxmağa imkan verməyəcək. Daha ciddi Buğalar diqqəti təhsilə yönəldə bilərlər: bu sahədə daha böyük uğurlar əldə etmək mümkündür.

Əkizlər - Çox işləmək lazım gələcək. Bu gün çətin tapşırıqların alınması, məsuliyyətli vəzifələrin yerinə yetirilməsi ilə əlamətdar olacaq. Rəhbər Əkizlər bütün işləri şəxsi nəzarətlərində saxlamağa məcbur olacaqlar, işçi Əkizlər isə anlayacaqlar ki, onları hətta ən əhəmiyyətsiz səhvə görə də bağışlamayacaqlar.

Xərçəng- Unutmayın ki, cidd-cəhdlə işləyənlərə yaxşı istirahət vacibdir. Əgər kübar mərasimləri ziyarət etməyi planlaşdırırsınızsa, orada çox ləngiməyin. Ənənəvi gün rejiminə sadiq qalmaq məsləhətdir: kəskin dəyişikliklər əhvalınıza mənfi təsir göstərəcək.

Şir - İş baxımından çox uğurlu gün deyil. Çünki xeyli çətinliklərin öhdəsindən gəlməli olacaqsınız. Digər tərəfdən, məhz bu gün daha əhəmiyyətli qələbələr qazana bilərsiniz. Əsas məsələ zərbəni məhz hara endirməyin lazım olduğunu vaxtında başa düşmək, bütün gücünüzü vacib hədəfə çatmağa sərf etməkdir. Əgər xırda işlər arasında parçalansanız, yerinizdən bir addım da irəli gedə bilməyəcəksiniz.

Qız - Gün böyük uğurlarla yadda qalacaq. Lovğalıqla tanınmaqdan qorxmayın: sizin nailiyyətləriniz maraq kəsb edəcək. Əvvəllər pozulmuş münasibətləri bərpa etmək şansı var.

Tərəzi - Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Tərəzilər anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.

Əqrəb - Əqrəblər çətin işlərin həllinə həvəslə girişəcək və öz mövqelərini möhkəmləndirməyə bel bağlayacanlar. Bu arada uğura yol asandır və tikanlı deyil: çeviklik nümayiş etdirsəniz, hədəfinizə olduqca tez çata bilərsiniz. Bu gün tələb olunan başqa bir keyfiyyət hamının sizdən itki gözlədiyi vəziyyətlərdə yeni imkanlar tapmaq bacarığıdır.

Oxatan - Bu gün çox zəngin olmağı vəd edir. Unutmayın, bu gün hər şeyi çatdırmaq olar. Məsələ yalnız düzgün qrafikin tutulması və vaxtın rasional bölünməsidir. Günün birinci yarısı dəqiq elmlər, hesab və planlaşdırma işləri ilə məşğul olmaq üçün münasibdir. Bir təhlükəli tendensiyaya diqqət yetirmək lazımdır: bu gün çoxlarını hadisələrin ənənəvi gedişini poza, həyatı çox güman ki, pisliyə doğru köklü şəkildə dəyişə biləcək hərəkətlər özünə çəkir.

Oğlaq - Çox şey dəyişsə də, Oğlaqlar başlarını itirməyəcəklər. Ətrafda qaçaqaç və çaxnaşma müşahidə olunsa da, bu, planlar qurmağa, seçdiyiniz taktikaya uyğun hərəkət etməyə mane olmayacaq. Biznesə investisiya qoymaq, şəxsi biznesinizi açmaq üçün əlverişli gündür.

Dolça - Siz hədəfinizə doğru cəsarətlə gedirsiniz. Çətin ki bu, ətrafdakıların xoşuna gəlsin. Lakin nəticələr çox gözəl olacaq. Odur ki, özünüzdən razı qalacaqsınız. Əgər vacib danışıqlara hazırlaşırsınızsa, özünüzlə etibar etdiyiniz gənc qadını da aparın. Onun iştirakı çox faydalı olacaq.

Balıqlar - İşdə əhəmiyyətli uğurlar mümkündür. İş prosesinin təşkili ilə bağlı yaxşı ideyalar yaranacaq. Onları dərhal rəhbərliklə müzakirə etmək olar. Bu gün iş yerini dəyişəcək Balıqlar çoxlu yeni öhdəlikləri yaranacaq. Lakin bürcün nümayəndələri onların öhdəsindən əla gələcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.