13.02.2020 Gündəlik Bürclər (13 Fevral 2020)

12 Şubat 2020
5 703
0
13.02.2020 Gündəlik Bürclər (13 Fevral 2020)
Qoç
Emosional gərginliyinizi sevgilinizə hiss etdirməyin. Pul sarıdan çətinlik çəkəcəksiniz. Hadisələri pessimist baxımdan qiymətləndirib özünüzə qapılacağınız istisna deyil.

Buğa
Tərzinizi dəyişdirə bilərsiniz. Ancaq yeni tanış olduğunuz kəslərlə dərhal səmimi olmaqdan qaçın. Sözlərinizə diqqət yetirin, mübahisələrə girməyin.

Əkizlər
Xüsusilə 24 maydan sonra doğulanlar üçün son dərəcə məhsuldar bir dövrdür. Yeni addımlar atacaq, şərikli iş və razılaşmalar uğurlu alınacaq. 24-25 maydan olan bürcün nümayəndələri daha tədbirli davranmalıdırlar.

Xərçəng
Gəlirlə bağlı böyük istəkləriniz olduğu halda heç cür yerinizdən tərpənib hərəkətə keçə bilmirsiniz. Sevgilinizin diqqət və qayğısı əhvalınızı yüksəldir.

Şir
Kiçik hadisələr belə həyəcanlanmanıza səbəb ola bilər. Dostlarınızın dəvətlərinə qatıla bilər, əyləncəli vaxt keçirə bilərsiniz. Bu vaxt gərəksiz xərcləmələr etməyin.

Qız
Köhnə bir yoldaşınızla eşq macərası yaşayacağınız ehtimal olunur. Istəkləriniz gedərək artır və böyük bir səylə işləyirsiniz. Bu vaxt çox məsuliyyətli yükün altına girməyin və özünüzü həddindən artıq yormayın.

Tərəzi
Uzaqlarda olan dostlarınızla xəbərləşəcəksiniz. Yeni proyektlər üzərində işləyə bilər, yoldaşlarınızı bir yerə yığa bilərsiniz. Hər cür qrup işində zövq alaaqsınız. Düşüncələriniz getdikcə başqaistiqamətə dəyişir.

Əqrəb
Pul sarıdan bəzi çətinlikləriniz olacaq. Planlı hərəkət etməyi bacaracaqsınız. Sevgilinizlə aranızdakı problemləri də çox böyütməyəcək və həyata baxışınızı dəyişdirəcəksiniz.

Oxatan
Son dərəcə anlayışlı olduğunuz bir gündür. Istəklərinizi reallaşdırmaq üçün dərhal hərəkətə keçin. Bu gün hisslərinizi idarə etməyi bacaracaqsınız. Ətrafdakılarla dil tapmaq problem olmayacaq.

Oğlaq
Həm fikirlərinizi, həm də həyat tərzinizi dəyişdirə bilərsiniz. Arzular mövzusunda yaşanan inkişaflar ümidverici olacaq. Ancaq zaman-zaman pessimist sorğular sizə əziyyət verəcək.

Dolça
Qərar verməniz lazım olan vəziyyətlərlə qarşılaşacaq və çətinlik çəkəəksiniz. Ağlınızdan keçən fikirləri dərhal dilə gətirməyin. Ayrıca diqqət tələb edən işlər görərkən daha tədbirli davranın.

Balıqlar
Planlarınızı yoldaşlarınızla paylaşacaq, işlərinizi sürətləndirəcəksiniz. Maraqlı və gözlənilməz addımlar atacaq, həyatınızda əhəmiyyətli dəyişikliklər edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.