17.02.2020 Gündəlik Bürclər (17 Fevral 2020)

16 Şubat 2020
5 794
0
17.02.2020 Gündəlik Bürclər (17 Fevral 2020)
Qoç
Istəklərinizi reallaşdırmaq üçün gərgin bir iş rejiminə daxil olacaqsınız. Hadisələri müsbət baxımdan qiymətləndirəcəksiniz. Maliyyə məsələləri istiqamətində fürsət sayıla biləcək təkliflərlə qarşılaşa bilərsiniz.

Buğa
Üvanınıza söylənilən sözlərdən və davranışlardan tez təsirlənəcək, dərhal reaksiya göstərəcəksiniz. Gərəksiz mübahisə və müzakirələrdən qaçın. Yoldaşlarınız və qohumlarınızla aranızdakı əlaqələrdə problemləri böyütməyin.

Əkizlər
Istəkləriniz yüksək olduğu halda, sakit və rahat davranacaq, əlinizə keçən fürsətləri qiymətləndirəcəksiniz. Özünüzə hədiyyə almaqla özünüzü mükafatlandıra bilərsiniz. Çox xoş təkliflər almaq ehtimalı da var. Planlarınızı reallaşdıra bilərsiniz.

Xərçəng
Romantik həyəcanlar yaşasanız belə, təlaşlanmayacaq, problemləri böyütməyəcəksiniz. Içinizdən yüksələn enerjini hiss etməyə başlayırsınız. Enerjinizdən düzgün istifadə yollarını indidən araşdırsanız, yaxşı olar.

Şir
Böyük ailə üzvləri və yaşlı qohumlarınızın problemlərilə maraqlanacaqsınız. Bəzi işləri görərkən maneələrlə qarşılaşa bilərsiniz. Ancaq sizə mane olanlara qarşı səbrli və sakit davranmağınız məsləhətdir.

Qız
Əhvalınız və özünüzə olan inamınız yüksək olacaq. Işlərinizi sürətləndirəcəksiniz. Əvvəldən quduğunuz planların tətbiqinə davam edəcək, əlaqələrinizi artıracaqsınız. Heç cür hərəkətə keçə bilmədiyiniz məsələlər də olacaq.

Tərəzi
Son dərəcə enerjili, hərəkətli və şən olacağınız bir gündür. Sürətlə inkişaf edən hadisələr sizi tam fərqli istiqamətlərə aparacaq. Siz hər cür mühitə asanca uyğunlaşır, hər fürsətdən istifadə edə bilirsiniz.

Əqrəb
Bir az dalğın və unutqan olmaqla yanaşı, ictimai fəaliyyətinizi də artıracaqsınız. Səbrli və qərarlı davranmağa çalışın. Planlarınızı tətbiq etməmişdən əvvəl kimsəyə açıqlama verməyin.

Oxatan
Sevgilinizlə birlikdə səyahətə çıxa, əyləncəli vaxt keçirə bilərsiniz. Bəzi qara düşüncələriniz olsa belə, onları biruzə verməyəcək və nəzakətli davranmağı bacaracaqsınız. Maddi müstəvidə inkişaf olacaq.

Oğlaq
Bu gün alacağınız xəbərlər əhvalınızı yüksəldəcək. Bir az həyəcanlı və narahat olsanız belə, bu vəziyyətdən tez xilas olacaqsınız. Işlərinizi sürətləndirmək üçün hərəkətə keçə bilərsiniz. Səyahətlə bağlı plan qurmaq olar.

Dolça
Istəklərinizi reallaşdırmaq üçün münasib gündür. Nəzakətli və razı salıcı rəftarınızla ətrafdakılara təsir göstərə bilərsiniz. Nəticədə istədiyiniz dəstəyi ala bilərsiniz. Yeni qərarlar verəcəyiniz istisna deyil.

Balıqlar
Təzyiq altında olmaq təhlükəsi var. Bəzi işlər çox məsuliyyət tələb edəcək və özünüzü bunları görməyə məcbur edəcəksiniz. Istirahətə laqeyd yanaşmayın. Dostlarınızla birlikdə olmaq sizi rahatlaşdıracaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.