21.02.2020 Gündəlik Bürclər (21 Fevral 2020)

20 Şubat 2020
6 309
0
21.02.2020 Gündəlik Bürclər (21 Fevral 2020)
Qoç - Ətrafınızda bədxahlar artsa da, bu, uğurlu məqamlar yaşayacağınıza mane olmayacaq. Saat 12-17 arası maraqlı görüş və sövdələşmələrdə iştirakınız gözlənilir. Qərarlarınızda sərt olun.

Buğa - Şəxsi büdcənizi artırmaq üçün gözəl imkan var. Nahara qədər nəzərdə tutduğunuz planları reallaşdırandan sonra yalnız pul məsələləri ilə məşğul olun. Uğurlarınıza əmin ola bilərsiniz.

Əkizlər- İş yerində ehtiyatlı olmağınız tələb olunur. Hər hansı addımı atmazdan əvvəl yaxşı-yaxşı götür-qoy edin. Unutmayın ki, çox danışan çox da yalan deyir. Ziyarətgahlara baş çəkin.

Xərçəng - Bürcünüzün daha da aktivləşdiyi bu gündə yeni simalarla görüşəcəyinizə əmin olun. Şəxsi işlərinizdə bundan yararlanın. Günün ikinci yarısını pul problemlərinin həllinə yönəldin.

Şir - Şəxsi işlərinizdə mövcud olan problemlərin həllini sürətləndirin. Həmkarlarınızla ümumi dil tapmağa çalışın. Yalnız bu halda yarımçıq işlərinizi yekunlaşdıra bilərsiniz. Səhhətinizi qoruyun.

Qız - Bütün gücünüzü görüş və danışıqlara istiqamətləndirin. Üzərinizə düşən vəzifələrin öhdəsindən gələ bilsəniz, nüfuzunuz artacaq. Şəxsi işləri, pul sövdələşmələrini təxirə salın.

Tərəzi - İxtiyarınızda olan bu təqvimdə ümumi gərginliyiniz azalacaq. Amma çətinliklərdən qurtulmaq üçün mütləq etibar etdiyiniz adamlardan dəstək istəyin. Bunun üçün səfərə də çıxmaq olar.

Əqrəb - Ulduzların düzümü pulla bağlı problemlərinizin qismən də olsa, qaydasına düşəcəyini bəyan edir. Amma borc vermək fikrinə də düşməyin. Saat 14-16 arası özünüzü bərk-bərk qoruyun.

Oxatan - Ulduzların düzümü passiv gün yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə sıxıntıları, digər tərəfdənsə həmkarlarınızla mübahisələr sizi hövsələdən çıxara bilər. Bəlkə qonaq gedəsiniz?!

Oğlaq - Kənar təsirlərə uymasanız, Göy qübbəsi sizə bir neçə şans verəcək. Boş və mənasız yerə vaxt itirməkdənsə əzmkarlığınızı artırın. Saat 16-dan sonra uğurlu anlarınız olacaq.

Dolça - Sabit bir təqvim yaşayacaqsınız. Gün ərzində hansısa qeyri-adi hadisə ilə üzləşməyəcəksiniz. Odur ki, üzərinizə düşən işlərin həlli ilə məşğul olun. Yalan vədlər verməyin.

Balıqlar - Nə qədər səmimi olsanız, daha çox rəğbət qazanacaqsınız. Son vaxtlar xarakterinizdə yaranan çılğınlıq ulduzların xoşuna gəlmir. Vaxtilə yaxşılıq gördüyünüz adamlara arxa çevirməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.