24.02.2020 Gündəlik Bürclər (24 Fevral 2020)

23 Şubat 2020
5 807
0
24.02.2020 Gündəlik Bürclər (24 Fevral 2020)
Qoç
Pessimist duyğular üzündən hadisələrə müsbət baxmayacaqsınız. Xüsusilə, 14-20 aprel tarixləri arasında doğulanların əhvalları asan pozula bilər. Pulu qənaətlə işlətməyiniz məsləhətdir.

Buğa
Diqqətinizi yönəltdiyiniz mövzu ilə bağlı inkişaflar sizi məmnun edəcək. Alacağınız xəbərlərlə hərəkətə keçəcək, yeni cəhdlər göstərəcəksiniz. Ictimai fəaliyyətlə məşğul olmaq sizi rahatlaşdıracaq.

Əkizlər
Son dərəcə həssas olacağınız bir gündür. Maliyyə ilə bağlı işlərinizdə kiçik tərsliklər yaşana bilər. Çox maraqlı təkliflərlə qarşılaşa bilərsiniz. Ancaq qərarsızlıq və gərginlik üzündən çətinlik keçirə bilərsiniz.

Xərçəng
Günün bir xəbəri əhvalınızı düzəldəcək. Istəklərinizi açıq ifadə etməkdən qorxmayın. Fikirlərinizə tərəfdar tapa bilərsiniz. Gələcəyə bağlı planlarınızın reallaşması üçün dostlarınız yardım götərəcək.

Şir
Yoldaşlarınızla aranızda kiçik anlaşılmazlıqlar çıxa bilər. Bunu əvvəlcədən nəzərə alın. Yaxın qohumlarınızın problemləri üzündən çətinlik çəkəcəksiniz. Səyahətə çıxmaq istəyi baş qaldıracaq.

Qız
Özünüzü yorğun hiss edəcəksiniz. Bu, xüsusilə də kompleks düşüncələr üzündən baş verəcək. Sevdiyiniz şəxsin diqqət və qayğısı sizə mənəvi dəstək verəcək. Xanım yoldaş və qohumlardan da dəstək görəcəksiniz.

Tərəzi
Yaxınlarınızın problemləriylə maraqlanacaq və bu mövzuda praktik həlli yollarını tapacaqsınız. Eviniz və ya ofisinizdə yeni tənzimləmə işləri aparmaqdan zövq alacaqsınız. Sosial-mədəni fəaliyyət baxımından münasib gündür.

Əqrəb
Son dərəcə həssas, bir az da küsəyən olacağınız bir gündür. Hadisələrdən təsirlənəcək, qərarsız vəziyyətə düşəcəksiniz. Bu gün xəbərləşmə mövzusunda problemlər yaşaya bilərsiniz.

Oxatan
Evinizin işləriylə maraqlanacaq, uşaqlar və yaxın qohumlarınızın problemlərini həll etməyə çalışacaqsınız. Pulla bağlı böyük gözləntiləriniz ola bilər. Gərginliyinizi yaxınlarınza hiss etdirməməli, səbirli davranmalısınız.

Oğlaq
Gözləmədiyiniz bir xəbər ala bilər və romantik reaksiyalar göstərə bilərsiniz. Görmək istədiklərinizlə yaşananlar fərqli ola bilər. Təbii, bunlar üzündən gərginlik keçirəcəksiniz. Xoşbəxtlikdən məntiqlə davranacaqsınız.

Dolça
Intellektual fəaliyyətiniz sürətli olmaqla yanaşı əhəmiyyətli detalları unuda bilərsiniz. Son dərəcə hərəkətli və sıx bir gün olacaq. Ürəyiniz istəyən işlə məşğul ola bilərsiniz.

Balıqlar
Səbirsiz olacaqsınız, kiçik problemləri çox əhəmiyyətli bir mövzu kimi görəcəksiniz. Böyük istəklər baş qaldıracaq. Işlərinizi sürətləndirərkən özünüzü çox yormayın. Xanım yoldaşlarınız sizə yardım edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.