03.03.2020 Gündəlik Bürclər (3 Mart 2020)

02 Mart 2020
4 491
0
03.03.2020 Gündəlik Bürclər (3 Mart 2020)
Qoç
Maddi vəziyyətlə bağlı olaraq gərginlik keçirəcəksiniz. Xoşbəxtlikdən qərarlı və diqqətli davranmaqla hisslərinizə nəzarət etməyi bacarcaqsınız.

Buğa
Ictimai və mədəni sahədə fəaliyyətiniz artır. Yoldaşlarınızın problemləriylə maraqlanacasınız. Pulla bağlı işlərinizi sürətləndirəcək, yeni planlar quracaqsınız. Ancaq bunları heç kimlə paylaşmayın.

Əkizlər
Günün bəzi xəbərləri əhvalınızı düzəldəcək. Uzaqlarda olan dostlarınızla görüşəcəksiniz. Planlarınızı onlarla paylaşa bilərsiniz. Fərqli istəklərinizi reallaşdırmaq üçün səbirli olmalısınız.

Xərçəng
Enerjinizi səyahətə çıxaraq, ya da idman edərək çıxara bilərsiniz. Yeni eşq macəraları istisna deyil, həyəcanverici risklərdən zövq alacaqsınız. Gələcəyə bağlı istəklərinizin yüksəldiyi bir gündür.

Şir
Kiçik anlaşılmazlıqlar üzündən pessimist duyğulara qapılacaqsınız. Ancaq yenə də diqqətinizi yeniliklərə yönəldəcək və böyük bir istəklə hərəkətə keçəcəksiniz. Pul xərcləyərkən diqqətli olun.

Qız
Gəlirinizi artırmaq üçün yeni işlərə girişmək istəyi baş qaldıracaq. Istəklərinizi açıq və aydın şəkildə ifadə edəcəksiniz. Ailə üzvləri, uşaqların və ya yaxın qohumların problemləriylə maraqlana bilərsiniz.

Tərəzi
Gözlənilməz təkliflər alacağınız bildirilir. Sevgilinizlə aranızdakı əlaqələr son dərəcə isti və sıx olacaq. Birlikdə səfərə çıxa bilərsiniz.

Əqrəb
Iş yoldaşlarınızla aranızdakı münasibətlərdə bəzi anlaşılmazlıqlar yarana bilər. Problemləri böyütməyin. Diqqət tələb edən mövzularda işlər görərkən ehtiyalı olun. Gərəksiz məsrəflərdən uzaq olun.

Oxatan
Əlaqələriniz getdikcə genişlənir. Ictimai fəaliyyətinizi sürətləndirə bilər, yeni planlar qura bilərsiniz. Yaxın qohumlarınızla maraqlanacaq, eviniz, ya da iş yerinizlə əlaqədar yeni tənzimləmə işləri aparacaqsınız.

Oğlaq
Pul qazanma istiqamətində yeni layihələrə başlamaq istəyəcəksiniz. Bu mövzuda gözləntiləriniz artacaq. Təbii, bu vəziyyət gərginliyinizi də artıracaq. Bəzi inkişaflar gözlədiyiniz kimi çıxmayacaq.

Dolça
Istəklərinizi reallaşdırmaq üçün hərəkətə keçəcəksiniz. Hiss etdiyiniz həyəcan və enerjini kənardan görməmək mümkün deyil. Qrupla birlikdə işlər görə bilərsiniz.

Balıqlar
Əvvəldən gördüyünüz işlər şansınızı daha da yüksəldəcək. Istəklərinizi reallaşdıra biləcəyiniz fürsətlərlə qarşılaşacağınız da istisna deyil. Səbirli davranacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET