25.03.2020 Gündəlik Bürclər (25 Mart 2020)

24 Mart 2020
4 870
0
25.03.2020 Gündəlik Bürclər (25 Mart 2020)
Qoç
Yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı tanımadığınız insana etibar etməyin.

Buğa
Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan fiziki işdən imtina edin.

Əkizlər
Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Əsas məsələ hisslərinizi nəzarətdə saxlamaqdır. Yeni tanışlıqlar üçün əlverişli gündür. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər.

Xərçəng
Hansısa addımı atmazdan əvvəl dərindən düşünün. Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar pis nəticə verə bilər. Şərikli maliyyə məsələlərində münaqişə də istisna deyil. Günün ikinci yarısında səhhətinizə fikir verin.

Şir
Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Sözünüzün üstündə durun. Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür. Əks cinsin nümayəndələri ilə münasibətlər yaxşı alınacaq.

Qız
Əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Yaxşı olar ki, münaqişəyə yol verməyəsiniz. Maliyyə və əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu gündür.

Tərəzi
Fiziki işdən həzz alacaqsınız. Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın.

Əqrəb
Problemləriniz ola bilər, amma buna görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.

Oxatan
Yaxın ətrafınızdakıların tənqidlərinə çox sərt reaksiya verməyin. Incikliyin real səbəbini bilmədən reaksiyanızı nümayiş etdirməyin. Sonradan peşman ola bilərsiniz. Uzaq səfərlərə yollanmaq məsləhət deyil. Axşam saatlarında ehtiyatlı olun.

Oğlaq
Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin həlli üçün əlverişli gündür.

Dolça
Bu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir. Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması istisna deyil.

Balıqlar
Buraxdığınız səhvlərin nəticələrini aradan qaldırmaq çətindir. Bu gün qərar qəbul etmək asan olmayacaq. Ulduzların fikrincə, günün ikinci yarısı daha uğurlu olacaq. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.