26.03.2020 Gündəlik Bürclər (26 Mart 2020)

25 Mart 2020
3 706
0
26.03.2020 Gündəlik Bürclər (26 Mart 2020)
Qoç
Vacib gündür. Planlaşdırdığınız görüş gözlədiyiniz kimi alınmaya bilər. Əgər bu gün maraqlı təklif alsanız, çox fikirləşməyin. Çünki vaxt itirmək olmaz. Yarınızı əsassız qısqanclıqlarla incitməyin. Ulduzlar qarşı tərəfin hisslərinə şübhə ilə yanaşmamağı məsləhət bilir.

Buğa
Pozitiv tendensiyalar sizin üçün vacib olan məqsədə çatmağa imkan verəcək. Kommersiya fəaliyyətində nailiyyətlər istisna edilmir. Ofis və ev əşyalarının alışı üçün də əlverişli gündür. Son zamanlar darıxdığınız adamla görüşmək ehtimalı da var.

Əkizlər
Istənilən sferada uğurlu addım atmaq olar. Bu baxımdan yeni işə başlamaq olar. Gözlədiyiniz gəlir elə də əhəmiyyətli məbləğdə olmasa da, vaxtında əlinizə gələcək. Işdə fikir ayrılığı ola bilər. Siz doğru olduğunuzu isbatlayacaqsınız.

Xərçəng
Xarici vətəndaşlarla təmasda olmaq üçün əlverişli gündür. Həmçinin xaricə səfər də gözlənilirsə, onun uğurlu olacağı bildirilir. Sevdiyiniz adamın hisslərinə şübhə ilə yanaşacaqsınız. Ulduzlar bu mövzuda əlinizə dolğun məlumat gələnə qədər tələsməməyi məsləhət bilir.

Şir
Ehtiyatlılıq tələb edən və kifayət qədər çətin gündür. Işdə ciddi problemləriniz ola bilər. Maliyyə məsələlərini həll etməyə tələsməyin. Yaxınlarla səbrlə davranın.

Qız
Uğurlu gündür. Karyera və ya əməkhaqqının qaldırılması tələbini müzakirəyə çıxara bilərsiniz. Yeni tanışlıq və ünsiyyət üçün yaxşı gündür. Evdən uzaqlarda bağladığınız sövdələşmənin faydasını görəcəksiniz.

Tərəzi
Həm işdə, həm də evdə çətinliklər və uğursuzluq gözlənilir. Yeni işdən yapışmaq məsləhət deyil. Bu gün səbrsiz olacaqsınız. Bu üzdən də ətrafdakılarla xoş təmasda olmayacaqsınız. Planlaşdırdığınız görüş təxirə salınacaq.

Əqrəb
Bürcün nümayəndələri düzgün yol tutmadıqlarından şübhələnəcəklər. Bəziləri məqsəddən imtina edəcək, amma bunun peşmançılığını çəkəcəklər. Maliyyə itkisi, uğursuz sövdələşmə də istisna deyil. Ailədə fikir ayrılığı baş qaldıracaq.

Oxatan
Bir zamanlar qısa müddətli, ancaq məhsuldar olan əməkdaşlığı yenidən bərpa edəcəksiniz. Xoş xəbər eşidəcəyiniz, kübar məclisə gözlənilməz təklif alacağınız da gözlənilir. Bu gün qeyri-adi, ekstravaqant əşyalar ala bilərsiniz.

Oğlaq
Ayrı-ayrılıqda baş verən çətinliklərə baxmayaraq, gün uğurlu olacaq. Tədqiqat işlərinin aparılmsı üçün əlverişli gündür. Gün, xüsusilə də təhsil sistemində işləyən “Oğlaq”lar üçün uğurludur. Səfərlər də yaxşı keçəcək. Romantik tanışlıq gözlənilir.

Dolça
Müttəfiqləriniz sizin üçün çox iş görəcəklər. Onların sayəsində nailiyyət qazanacaqsınız. Professional sferada yaxşılığa doğru dəyişiklik gözlənilir. Nikah bağlamaq, sənədləşmə işi, hüquqi məsələlərin həlli üçün əlverişli gündür.

Balıqlar
Gün işdə uğur vəd edir. Ancaq qələbənin asan başa gələcəyini düşünməyin, çox çalışmalı olacaqsınız. Yaşlı qohumlarla təmasda olmaq olar, ancaq yeniyetmələrlə dil tapa bilməyəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər