05.05.2020 Gündəlik Bürclər (5 May 2020)

04 Mayıs 2020
4 078
0
05.05.2020 Gündəlik Bürclər (5 May 2020)
Qoç
Mühüm qərar qəbul etmək lazımdır, ancaq siz vaxt uzadırsınız. Bu taktika pisdir. Indi siz, sadəcə bütün amilləri nəzərə almaq iqtidarında deyilsiniz. Bundan başqa, kimsə qəsdən sizə yalan məlumat verəcək. Məhz bu gün çoxdan qohumlar və ya dostlar ilə açıq danışmadığınıza görə peşman olacaqsınız. Səmimi və cəsarətli olmağa çalışın.

Buğa
Günün birinci yarısı narahat və gərgin olacaq. Günün ikinci yarısında müsbət meyillərin təsiri güclənəcək. Siz özünüzü daha inamlı və rahat hiss edəcəksiniz. Dostlar və həmfikirlər köməyə gələcək, əla məsləhətlər verəcəklər.

Əkizlər
Mürəkkəb gündür. Ətrafdakılara yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürsünüz. Nəticədə münaqişələr tez-tez yaranır. Uzunmüddətli planlar qura bilərsiniz.

Xərçəng
Günün birinci yarısında xeyli xoş məqamlar sizi gözləyir. Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər mümkündür. Günün ikinci yarısında mühüm qərar qəbul etməli olacasınız. Əyləncə üçün böyük məbləğ xərcləmək, böyük bazarlıq etmək arzuolunmazdır.

Şir
Gün parlaq ideyalar gətirir. Pul, qiymətli hədiyyələr alacağınız istisna olunmur. Bürcün nümayəndələri əks cinsin münasibətlərinə çox ciddi yanaşmırlar. Ulduzlar bu mövzuda onları dəstəkləyir.

Qız
Təxribatlara uymamaq çətindir, amma bu sizdə alınacaq. Hər yoldan ötənə, tənbələ boynunuza oturmağa imkan verməyin. Bu gün öz problemlərinizin həlli ilə məşğul olun. Günün ikinci yarısı eksperimentlər üçün əlverişlidir.

Tərəzi
Bu gün ətrafdakıları təəccübləndirəcəksiniz, çünki ən çətin vəziyyətlərdən rahat və asan çıxmağı bacaracaqsınız. Qələbələriniz ilə diqqət cəlb etməyə utanmayın. Gün yeni tanışlıq üçün münasibdir. Üzgüçülüklə məşğul olmaq arzuolunmazdır.

Əqrəb
Maraqlı işgüzar təkliflər alacağınız ehtimal olunur. Onları uzun-uzadı düşünmədən qəbul edin. Fəaliyyət dairəniz genişlənir. Yeni müttəfiqlərlə əməkdaşlıq uzunmüddətli olacaq və səmərəli görünür. Incəsənət əsərləri, əntiq əşyalar, zərgərlik məmulatlarının alınması üçün münasib gündür.

Oxatan
Gün sadə deyil, lakin siz bütün imkanlardan mütləq istifadə edəcəksiniz. Səfərlər yaxşı nəticələnəcək. Yolda maraqlı tanışlıq da istisna deyil. Gün maliyyə baxımından əlverişlidir.

Oğlaq
Lazımsız söhbətlər çox vaxt alacaq. Emosional fon sabit olmadığından ovqatınız da tez-tez dəyişəcək. Fikrinizi cəmləşdirə bilməməyiniz ucbatından ən adi işlərdə səhvlərə yol verə bilərsiniz. Yaxınlarla aranızda fikir ayrılığı ola bilər.

Dolça
Darıxdırıcı gündür. Bəzən dostlar sizə köməyə gəlir, amma yenə də ən vacib işi görmək öz üzərinizə düşür. Maliyyə hesablamalarında səhvlər mümkündür. Günün ikinci yarısında aşağı həyat tonusu gözlənilir. Güman ki, yüngül nasazlıqdan sığortalanmamısınız.

Balıqlar
Sakit və xoş bir gündür. Ulduzlar yeni layihələrin əleyhinədir. Vəziyyətin dəyişməsi üçün kiçik səfərlər faydalı ola bilər. Qeyri-adi yerləri ziyarət edərək ruhlana bilərsiniz. Bu gün romantik münasibətlər baxımından mənalı deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.