13.05.2020 Gündəlik Bürclər (13 May 2020)

12 Mayıs 2020
3 873
0
13.05.2020 Gündəlik Bürclər (13 May 2020)
Qoç
Diqqətli olun. Ən xırda səhvləriniz gələcəyinizə təsir edə bilər. Yaxşı olar ki, xarici görünüşünüzə diqqət yetirəsiniz. Daxili gərginlik səhhətinizə sirayət edəcək.

Buğa
Mühüm məsələlərin həlli üçün əlverişli gün deyil. Istirahət etmək daha yaxşı olar. Bu, mənasız həyəcandan qurtulmağa sizə kömək edəcək. Alış-verişə çıxmaq da məsləhət deyil.

Əkizlər
Günün yarısını başqalarının problemlərini həll etməyə sərf edəcəksiniz. Öz planlarınızın təxirə salınması sizi hələ narahat etmir. Yaxşı olar ki, öz problemlərinizə də nəzər salasınız.

Xərçəng
Gün daşınmaz əmlakla bağlı işgüzar danışıqlar üçün məhsuldardır. Xırda xoşagəlməz hadisələr də istisna deyil. Buna baxmayaraq ümumilikdə gün uğurludur.

Şir
Anlaşılmazlıqlar və mənasız mübahisələr yaxınlarınızla münasibətlərinizi korlayır. Siz situasiyanı zarafatla düzəltmək istəyirsinizsə də, alınmır. Yaxşı olar ki, yaşlı qohumlarınızın məsləhətlərinə qulaq asasınız.

Qız
Sizi narahat edən sualları həll edəcəksiniz. Bu gün ideyalarınızı reallaşdırmaq üçün sizə kömək edəcək insanlar tapılacaq. Təhsildə sizi uğurlar gözləyir. Günün ikinci yarısı diqqət tələb edən işlər üçün əlverişlidir.

Tərəzi
Professional yüksəlişə doğru addımlayırsıınız. Bu sferada qarşınıza çıxan əngəlləri dəf edəcəksiniz. Güclü intuisiyaya sahibsiniz. Bu da yaxınınızın arzusunu yerinə yetirməyə sizə kömək edəcək. Gözlənilməz sevgi etirafı da istisna deyil.

Əqrəb
Biznes planları həyata keçirmək üçün əlverişli gündür. Yeni müttəfiqlər axtarmaq olar. Xarici dil öyrənmək üçün yaxşı gündür. Bu gün əhvalınız ürəkaçan olmayacaq. Demək olar ki, hamıdan narazı olacaq və aqressiv davrnacaqsınız. Alış-veriş üçün elə də münasib gün deyil.

Oxatan
Gün o qədər də uğurlu olmayacaq. Xoşagəlməz hadisələrin çoxu sizin günahınızdan baş verəcək. Bunun ən başlıca səbəbi isə sizin diqqətsizliyinizdir. Səhhətinizə fikir verin və ağır yeməklərdən çəkinin. Qida rasionunuza meyvə-tərəvəz əlavə edin.

Oğlaq
Yaddaqalan gündür. Maraqlı işlərlə məşğul olacaqsınız. Qonaq qəbul etmək üçün əlverişli gündür. Həm özünüzün əhvalınız yüksələcək, həm də qonaq özünü rahat hiss edəcək. Yumor hissiniz əla ünsiyyət qurmağa kömək olacaq.

Dolça
Asan gün deyil. Ancaq bir çox problemdən qaça biləcəksiniz. Bu gün ağlınıza gələn ideyalar göründüyü kimi yaxşı olmayacaq. Günün ikinci yarısında əhvalınız korlanacaq.

Balıqlar
Hər kəsə ürək açmağa tələsməyin. Ən yaxşı üsul kölgədə oturub gələcəklə bağlı planlar qurmaqdır. Gün görüşə çıxmaq üçün münasib deyil. Xoşagəlməz situasiyaya düşə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.