23.05.2020 Gündəlik Bürclər (23 May 2020)

22 Mayıs 2020
2 766
0
23.05.2020 Gündəlik Bürclər (23 May 2020)
Qoç
Ətrafınızdakılar sizinlə dil tapmağa nə qədər can atsalar da, sizin neqativ emosiyalarınızla qarşılaşırlar. Nüfuz sahibi bir adamla söhbət edin, onun məsləhətlərini dinləyin. Belə etsəniz, çox uğursuzluğa son qoyarsınız.

Buğa
Pul sarıdan bəzi çətinlikləriniz olacaq. Planlı hərəkət etməyi bacaracaqsınız. Sevgilinizlə aranızdakı problemləri də çox böyütməyəcək və həyata baxışınızı dəyişdirəcəksiniz.

Əkizlər
Qərar verməniz lazım olan vəziyyətlərlə qarşılaşacaq və çətinlik çəkəəksiniz. Ağlınızdan keçən fikirləri dərhal dilə gətirməyin. Ayrıca diqqət tələb edən işlər görərkən daha tədbirli davranın.

Xərçəng
Planlarınızı yoldaşlarınızla paylaşacaq, işlərinizi sürətləndirəcəksiniz. Maraqlı və gözlənilməz addımlar atacaq, həyatınızda əhəmiyyətli dəyişikliklər edə bilərsiniz.

Şir
Emosional gərginliyinizi sevgilinizə hiss etdirməyin. Pul sarıdan çətinlik çəkəcəksiniz. Hadisələri pessimist baxımdan qiymətləndirib özünüzə qapılacağınız istisna deyil.

Qız
Tərzinizi dəyişdirə bilərsiniz. Ancaq yeni tanış olduğunuz kəslərlə dərhal səmimi olmaqdan qaçın. Sözlərinizə diqqət yetirin, mübahisələrə girməyin.

Tərəzi
Gəlirlə bağlı böyük istəkləriniz olduğu halda heç cür yerinizdən tərpənib hərəkətə keçə bilmirsiniz. Sevgilinizin diqqət və qayğısı əhvalınızı yüksəldir.

Əqrəb
Kiçik hadisələr belə həyəcanlanmanıza səbəb ola bilər. Dostlarınızın dəvətlərinə qatıla bilər, əyləncəli vaxt keçirə bilərsiniz. Bu vaxt gərəksiz xərcləmələr etməyin.

Oxatan
Köhnə bir yoldaşınızla eşq macərası yaşayacağınız ehtimal olunur. Istəkləriniz gedərək artır və böyük bir səylə işləyirsiniz. Bu vaxt çox məsuliyyətli yükün altına girməyin və özünüzü həddindən artıq yormayın.

Oğlaq
Uzaqlarda olan dostlarınızla xəbərləşəcəksiniz. Yeni proyektlər üzərində işləyə bilər, yoldaşlarınızı bir yerə yığa bilərsiniz. Hər cür qrup işində zövq alaaqsınız. Düşüncələriniz getdikcə başqaistiqamətə dəyişir.

Dolça
Son dərəcə anlayışlı olduğunuz bir gündür. Istəklərinizi reallaşdırmaq üçün dərhal hərəkətə keçin. Bu gün hisslərinizi idarə etməyi bacaracaqsınız. Ətrafdakılarla dil tapmaq problem olmayacaq.

Balıqlar
Həm fikirlərinizi, həm də həyat tərzinizi dəyişdirə bilərsiniz. Arzular mövzusunda yaşanan inkişaflar ümidverici olacaq. Ancaq zaman-zaman pessimist sorğular sizə əziyyət verəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər