28.05.2020 Gündəlik Bürclər (28 May 2020)

27 Mayıs 2020
3 793
0
28.05.2020 Gündəlik Bürclər (28 May 2020)
Qoç
Gün heç də istədiyiniz şəkildə cərəyan etməyəcək. Böyük ümidlər bəslədiyiniz hadisələr sizdən asılı olmayan səbəblər üzündən təxirə düşəcək. Tanışlıq üçün yaxşı gündür. Hissiyyatınız sayəsində qarşınızdakı adam barədə düzgün təsəvvürünüz formalaşır.

Buğa
Sakitliyinizi və soyuqqanlılığınızı qoruyun. Yeni başlanğıclar ehtiyatlılıq tələb edəcək. Ancaq uğur qazanacağınıza ümidlər böyükdür. Alış-verişə çıxmağa tələsməyin, çünki fikirləşmədən pul xərcləyəcəyiniz ehtimalı var.

Əkizlər
Nədənsə, mübarizə apardıqları adamın gücünü lazımınca qiymətləndirə bilmir. Üstəlik, siz qarşınızdakına çox tez inanırsınız. Nəticədə istənilən adamın təsiri altına düşürsünüz. Qorxu və risk altında hərəkət etməkdənsə, bu gün ümumiyyətlə, heç bir kəskin addım atmamağınız məsləhətdir.

Xərçəng
Planlarınızdan imtina edib, sonra da kədərlənəcəksiniz. Ehtimal ki, yaşlı nəslin nümayəndəsilə mübahisəniz düşəcək. Bu da onların məsləhətinə qulaq asmamağınızdan irəli gələcək. Çalışın, ifadələri düzgün seçəsiz, yoxsa, peşmançılıq çəkəcəksiniz.

Şir
Gücünüzü toplayıb hərəkətə keçmək lazımdır. Əhatənizdəkilər sizdən mənəvi dəstək gözləyir. Onlar sizin nikbinliyinizdən pay almaq istəyirlər. Küskünlük və iradlardan yan gəzmək çətin olacaq.

Qız
Özünüzü qoruyun, səhhətinizlə bağlı problemlərinizin olacağı ehtimalı var. Çalışın, bədbin, xoşməramlı olmayan adamlardan kənar gəzəsiniz. Mədəniyyət ocaqlarını ziyarət etmək üçün əla gündür. Amma bu günə alış-veriş münasib sayılmır.

Tərəzi
Ətrafdakıların etimadını doğrultmağa çalışacaqsınız. Bu yolla onların könlünü ələ alacağınıza, hörmət qazanacağınıza ümid edirsiniz. Təəssüf ki, qarşı tərəf getdikcə daha çox tələbkarlıq nümayiş etdirəcək, bu da sizin xoşunuza gəlməyəcək. Əsəblərinizi cilovlamağa çalışın.

Əqrəb
Demək olar ki, bəxtiniz gətirir. Siz gününüzü istədiyiniz kimi keçirəcəksiniz, istədiyinizə asanlıqla nail olacaqsınız. Həyat potensialınız yüksəkdir. Ətrafdakılardan da bunu gözləyəcəksiniz deyə, çətinlikləriniz yaranacaq.

Oxatan
Səbrinizi toplayın, bəxt üzünüzə güləcək. Bu, tezliklə olacaq, amma bu gün yox. Bu gün isə şəxsi müstəvidə problemlər gözlənilir. Situasiyanı dəyişmək əlinizdə deyil, bununla barışmalı olacaqsınız. Evdə sakitcə istirahət etməyiniz məsləhətdir.

Oğlaq
Rəqibləriniz kəskin hücuma keçəcək, siz də bu situasiyaya hazır olmalısınız. Bu yerdə məlum olacaq ki, indiyə qədər özünüzə dost saydıqlarınızdan bəziləri səmimi olmayıblar, sizdən öz maraqları çərçivəsində istifadə ediblər. Odur ki, gələcəklə bağlı plan qurmaqda çətinlik çəkəcəksiniz.

Dolça
Günün birinci yarısında əhval-ruhiyyəniz yaxşı olmayacaq. Amma dostlar köməyinizə gələcək. Odur ki, hövsələli olun. Çalışın ki, əhvalınız planlarınıza təsir göstərməsin. Spirtli içkidən uzaq durun, zərərli vərdişlə təsəlli tapmağa dəyməz.

Balıqlar
Bir neçə çətin məsələni həll etməli olacaqsınız. Bunların öhdəsindən tək gəlməlisiniz. Digər tərəfdən, verdiyiniz sözü yerinə yetirməyin məqamı yetişib. Ehtimal ki, planlaşdırmadığınız səfəriniz olacaq. Istirahətə də vaxt ayırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.