02.06.2020 Gündəlik Bürclər (2 İyun 2020)

01 Haziran 2020
3 119
0
02.06.2020 Gündəlik Bürclər (2 İyun 2020)
Qoç
Öz problemləriniz o qədər çoxdur ki, ən yaxın ətrafınıza qarşı diqqətsizlik nümayiş etdirirsiniz. Halbuki, ən yaxın adamınız sizdən qayğı umur. Yaxşı olar ki, yaşlı adamlara qarşı daha çox diqqət göstərəsiniz.

Buğa
Son zamanlar enerjilisiniz. Hər işin öhdəsindən məharətlə gəlirsiniz. Işin ağırlığı sizi qorxutmur. Halbuki, başqaları bunu özlərinə çoxdan dərd edərdi. Ulduzlar belə nikbin qalmağı tövsiyə edir.

Əkizlər
Qida rasionunuza diqqət yetirin. Zəhərlənmək ehtimalı var. Yaxşı olar ki, daha sağlam qidalara üstünlük verəsiniz. Ayaqüstü yeməklərlə daxili orqanlarınızın funksiyasını pozmayın. Sevdiyiniz şəxslə görüş üçün əlverişli gündür.

Xərçəng
Işgüzar müstəvidə uğurlar istisna deyil. Şəxsi müstəvidə vəziyyət qaydasında olacaq. Ən yaxın adamınız xoş sürprizlə sizi sevindirə bilər.

Şir
Ürəyinizdən sürpriz edərək ailə üzvlərinizi sevindirmək keçəcək. Bəzi problemlər istisna deyil. Buna baxmayaraq, siz məqsədli şəkildə arzunuzu reallaşdırmağı bacaracaqsınız.

Qız
Bəzi problemləri həll edəcəksiniz. Məntiqlə düşünməyi bacarsanız, yarımçıq qalmış məsələləri tamamlayarsınız. Gün təmir və ya təmizlik işləri aparmaq baxımından məhsuldar olacaq.

Tərəzi
Maddi baxımdan irəli getmək fikri başınızdan çıxmır. Yeni gəlir mənbəyinə sahib olmaq istiqamətində çalışmalarınızı davam etdirəcəksiniz. Ulduzlar yaxın vaxtlarda gəlirinizin olacağından xəbər verir.

Əqrəb
Bu gün hamı ilə dil tapacaqsınız. Dostlarla ünsiyyətdən xüsusi zövq alacaqsınız. Günün xoş keçməsi sizin həyata nikbin baxışlarınızdan qaynaqlanır.

Oxatan
Boş vaxtınızı səmərəli istifadə etməyin yollarını arayın. Sevdiyiniz işlə məşğul olmaq imkanı yaranacaq. Gününüzü maraqlı keçirməyi bacarın.

Oğlaq
Səfər gözlənilir. Ancaq bu yolçuluğun elə də xoş olmayacağı bildirilir. Bu səfər hansısa prblemi həll etmək zərurətindən doğacaq. Yaxınlarınız sizə kömək olacaqlar.

Dolça
Işdə sakitçilik hökm sürür. Evdə isə həllini gözləyən ailə-məişət məsələləri durur. Işə girişməkdən çəkinirsiniz. Hər yolla bəhanə edib problemləri yoluna qoymursunuz. Yaxınlarınız bundan inciyə bilər.

Balıqlar
Vacib işlərin həllini ikinci plana atmaqla, özünüzə zərbə vurursunuz. Boş vaxtınızı səmərəsiz işlərə sərf etməyin faydası yoxdur. Yorğun olandan sonra işə girişməyinizin də mənası yoxdur, çünki yarımçıq qalacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər