17.06.2020 Gündəlik Bürclər (17 İyun 2020)

16 Haziran 2020
4 148
0
17.06.2020 Gündəlik Bürclər (17 İyun 2020)
Qoç
Bu gün nail ola biləcəyiniz ən yaxşı nəticə dostlarınız və yaxınlarınızla dil tapmaq, ümumi planlarla bağlı razılığa gəlmək və təşkilati məsələləri həll etməkdir. Günün ikinci yarısı romantik görüşlər üçün münasibdir. Bu görüş qeyri-adi keçəcək və uzun müddət yaddaşınızdan silinməyəcək.

Buğa
Çox güman ki, bu gün sizin üçün əlverişsiz olacaq. Səfərlər məsləhət deyil. Hədər yerə çox vaxt sərf edəcəksiniz. Can atdığınız şeyi əldə etsəniz də, bu, böyük səylər hesabına başa gələcək. Iş müttəfiqləriniz və rəhbərliklə dil tapmaq çətinləşəcək. Sizin nə danışdıqlarınız yox, etdikləriniz onların əsəbiləşməsinə səbəb olacaq.

Əkizlər
Çətin və uzunmüddətli işlərə girişmək məsləhət deyil. Ən yaxşısı xırda cari məsələlərin həlli ilə kifayətlənməkdir. Bel bağladığınız dəstəyi ala bilməyəcək və özünüzü köməksiz hiss edəcəksiniz.

Xərçəng
Ulduzlar əlverişli şərait yaratmaq rejimini işə salıblar. Indi sizdən başgicəlləndirici uğurlar əldə etmək üçün yalnız cüzi səy göstərmək tələb olunur. Gün çox şey vəd edən görüşlər baxımından həddindən artıq səxavətlidir. Zahiri görkəminizə diqqət yetirməyə dəyər. Bu gün sizi geyiminizə görə qarşılayacaşlar.

Şir
Işgüzar “Şir”ləri möhtəşəm uğurlar gözləyir. Bu gün ən cəsarətli biznes-planların həyata keçirilməsi, yeni layihələr üzərində işə başlanması, sövdələşimələr üçün çox əlverişlidir. Işinizin genişlənməsi, yeni səviyyəyə çıxmağa imkan verəcək razılaşmaların əldə edilməsi mümkündür

Qız
Uğurun sirri sakitlikdədir. Siz də məhz ona can atırsınız. Lakin təəssüf ki, emosiyalarla bacarmaq hər zaman alınmır. Ən təhlükəlisi xırda əsəbiliklərdir. Gün ərzində belə hisslər çox olacaq və özünüzü saxlamağınız çətinləşəcək.

Tərəzi
Uzun müddət birlikdə iş görəcəyiniz adamlar sizi diqqətli müşahidə edəcəklər. Üzüqara çıxmamaq xüsusilə vacibdir. Özünüzdən çox heç kim reputasiyanıza zərbə vura bilməz. Günün ikinci yarısı mağazaları gəzmək üçün münasibdir.

Əqrəb
Yaşlı qohumlarınızda mübahisələr mümkündür. Ciddi münaqişələr də istisna deyil. Siz haqlı olduğunuza əminsiniz və bu əminlik əsaslıdır. Lakin bir qədər yumşaq olmaq lazımdır. Sizin sözləriniz ətrafdakılar tərəfindən kəskin və təhqiredici kimi qəbul oluna bilər.

Oxatan
Bu günkü hadisələr sizi bir qədər məyus edəcək. Onların üzündən planlarınızı dəyişməli, təyin olunmuş işlərdən imtina etməli olacaqsınız. Özünüzün yox, başqalarının maraqlarının qeydinə qalmağa məcbur ola bilərsiniz. Təbii ki, belə vəziyyət o qədər də xoş deyil. Düzdür, səylərinizə görə mükafatlandırılacaqsınız. Amma bu mükafat, istəyiniz qədər səxavətli olmayacaq.

Oğlaq
Yaxınlarınızla münasibətləriniz isə müsbət tendensiyaların təsiri altındadır. Bu sahədə hər şey qaydasında olacaq. Bu gün romantik tanışlıq və ya barənizdə güclü təəssürat yaratmaq istədiyiniz adamla görüş üçün ideal şəkildə münasibdir.

Dolça
Istənilən iş üçün münasib olan sakit və müsbət gündür. Hətta ən çətin işlər də sizi qorxutmayacaq – bir neçə cəhddən sonra onlara mütləq yol tapacaqsınız. Yeni nəyəsə başlamaq olar. Əgər ehtiyatla və tələsmədən hərəkət etsəniz, yaxın gələcəkdə təsirli uğurlar əldə edə bilərsiniz.

Balıqlar
Muzdlu əməkdaşlar vəzifələrinin artırılmasına və ya maliyyə xarakterli xoş sürprizlərə ümid edə bilərlər. Müsbət tendensiyaların təsiri həyatın bütün sahələrinə sirayət edəcək. Romantik münasibətlər də istisna deyil. Gün yaşlı qohumlarla ünsiyyət, gələcəklə bağlı ümumi planların müzakirəsi üçün münasibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.