20.06.2020 Gündəlik Bürclər (20 İyun 2020)

19 Haziran 2020
3 593
0
20.06.2020 Gündəlik Bürclər (20 İyun 2020)
Qoç
Sərt hərəkətlərə meyllisiniz və ünvanınıza xeyli tənqid səslənir. Hətta rəğbət bəslədiyiniz və hörmət etdiyiniz adamlar da bəzən kəskin danışırlar. Lakin öz daxili səsinizə daha diqqətlə qulaq asmaqda davam edin.

Buğa
Uzun müddətdir üzərində əziyyət çəkdiyiniz işlərin uğurla və tez bir zamanda həllinə yönələn ciddi səylər vaxtıdır. Təəssüf ki, yaxın zamanda qələbə görünmür. Nə güc, nə məqsədə çatmaq istəyi, nə də istənilən səddi aşmağa hazırlıq bunu dəyişə bilər. Əlverişsiz tendensiyaların təsiri ilə mübarizənin mənasız olduğunu anladıqda həyat daha asan olacaq.

Əkizlər
Günün hər hansı xüsusi özəlliyi yoxdur. Pis gün deyil, məhsuldar və sakitdir. Darıxdırıcıdır. Peşəkar işlərdəki durğunluq sıxıntı verir. Daha çox adam bütün güclərini qoyduqları layihələrin gələcəyindən şübhələnməyə başlayır.

Xərçəng
Özündən, ətrafdakılardan narazılıq bəzən məntiqli sərhədləri aşır, çoxsaylı münaqişə və mübahisələrə səbəb olur. Iş sahəsindəki “heç-heçə”ləri şəxsi həyatdakı qələbələrlə kompensasiya etmək həzzi mümkündür. Çoxları bu gün romantik münasibətlər burulğanına düşür.

Şir
Özünüzü azla da qane olduğunuza fantastik şəkildə inandıra bilsəniz, gün tam mənasız olmayacaq. Düzdür, bürcün bəzi nümayəndələrinin şah iştahasını azaltmaq mümkün deyil. Amma hazırkı şəraitdə bunun üçün çalışmaq lazımdır. Çünki bugünkü qələbələrinizə mikroskop altında baxmaq lazım gələcək.

Qız
Yaxınlarınızın anlayışı və dəstəyi isə sevindirici məqamlardandır. Onların sizin üçün həm xoş sözü, həm şən zarafatı, həm də səbəbsiz kiçik hədiyyələri ola bilər. Uzun müddətdir öz “yarı”sını axtaran Xərçənglər qəfildən onu birbaşa yanlarında görəcəklər.

Tərəzi
Maraqlı təkliflər özünü çox gözlətməyəcək. Işlə bağlı şübhə və narahatlıqlar diqqətinizi şəxsi münasibətlərə yönəltməyə mane olur. Lakin yaxınlarınız diqqətinizə ehtiyac duyurlar və bunu hiss etmədikdə inciyirlər. Şir valideynlər uşaqların problemləri ilə ciddi surətdə məşğul olmağa hazırlaşmalıdırlar.

Əqrəb
Işgüzar münasibətlərdəki gərginlik narahatlıq yaradır. Partnyorlarla dil tapmaq çətinləşir, kompromisə nail olmaq tamamilə mümkünsüz görünür. Bürcün bəzi nümayəndələri bundan sonra müstəqil şəkildə fəaliyyət göstərmək və ya yeni müttəfiqlər axtarmaq barədə düşünə bilərlər.

Oxatan
Şəxsi münasibətləriniz ahəngdardır. Amma bunun üçün özünüzün də səyləriniz vacibdir. Nə vaxt zəiflik nümayiş etdirsəniz və hər şeyi öz axarına buraxsanız, dərhal anlaşılmazlıqlar və incikliklər başlayacaq.

Oğlaq
Əksər problem və çətinliklərinizin əsl səbəbinin nədən ibarət olduğu barədə ciddi düşünsəniz, xeyli irəliyə gedə bilərsiniz. Bu gün istənilən ağır yükdən qurtulmaq (həyatı zəhərləyən xatirələri beyindən silmək, ümidləri doğrultmayan münasibətlərə son qoymaq və s.) üçün münasibdir.

Dolça
Əgər son vaxtlar qarşınıza yeni məqsədlər qoymusunuzsa, yavaş-yavaş onlara doğru hərəkətə başlamaq olar. Gün iş dəyişikliyi ilə bağlı ilkin danışıqlar, potensial partnyorlarla əməkdaşlıq şərtlərinin müzakirəsi üçün münasibdir. Maraqlı gələnləri seçsəniz, yanılmayacaqsınız. Məhz belə iş və layihələr ən perspektivliləri olacaq.

Balıqlar
Əvvəllər gizli olan imkanlar dərhal üzə çıxacaq, kiçik də olsa, müsbət təzahürlər hiss olunmağa başlayacaq. Maddi sahədə işlər qaydasında getmir. Nəyə və necə qənaət etmək barədə ciddi şəkildə düşünmək lazım gələcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.