21.06.2020 Gündəlik Bürclər (21 İyun 2020)

20 Haziran 2020
3 669
0
21.06.2020 Gündəlik Bürclər (21 İyun 2020)
Qoç
Gününüz maraqlı keçəcək. Yaradıcılıq potensialınız yüksək olduğundan nə özünüz bikar oturacaq, nə də başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni tanışlıqlar, xoş görüşlər mümkündür.

Buğa
Həddindən artıq fiziki yük məsləhət deyil. Idmanla məşğul olmağı ya təxirə salmaq, ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun sürən mübahisilərə son qoyulması üçün əlverişli gündür.

Əkizlər
Gün kifayət qədər sakit keçəcək. Heç nə planlarınızı həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlıqla tapacaqsınız.

Xərçəng
Günün ritminə uyğunlaşmaq, enerjinizi dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək qazanmayacaq. Ideyalarınızın həyata keçirilməsində nə qədər çox israr etsəniz, bir o qədər qısa zamanda tək qalacaqsınız.

Şir
Başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün, hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz.

Qız
Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmayacaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri – birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna gəzinti və aktiv istirahətə qədər çox yaxşı keçəcək.

Tərəzi
Çətin və məsuliyyətli işdə yaxşı nəticələr əldə edə biləcəksiniz. Bu gün öz problemlərinizi həll etməkdən daha çox başqalarına kömək etməyə üstünlük verəcəksiniz.

Əqrəb
Xoş və müsbət gündür. Siz işgüzar və enerjilisiniz, alın təri ilə işləməyə hazırsınız. Amma istirahəti də unutmursunuz. Gün şəxsi, işgüzar görüşlər üçün münasibdir. Danışıqlar nə qədər yüngül xarakter daşısa, sizə daha az müsbət emosiya bəxş edəcəklər.

Oxatan
Sizi xoş və çox şey vəd edən görüş gözləyir. Bu gün baş verən hadisələri istənilən çalarda görmək olar. Əsas məsələ sizin baxışınızdan asılıdır. Dostlarınız sizə yardım edəcəklər. Odur ki, kəskinliyə və sözü üzə demələrinə görə onlardan inciməyin.

Oğlaq
Dostlarla görüş və romantik görüşlər üçün günün ortaları daha münasibdir. Axşamı isə sakitlikdə keçirmək daha yaxşıdır. Gücünüzü bərpa etməlisiniz, yeni həftəyə hazırlaşmaq lazımdır.

Dolça
Istənilən faydalı fəaliyyət üçün çox münasib gündür. Odur ki, günü boş keçirmək lazım deyil. Nə qədər çox iş planlaşdırsanız, bir o qədər çox işin öhdəsindən gələcəksiniz və nailiyyətləriniz də daha böyük olacaq.

Balıqlar
Mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.