22.06.2020 Gündəlik Bürclər (22 İyun 2020)

21 Haziran 2020
4 054
0
22.06.2020 Gündəlik Bürclər (22 İyun 2020)
Qoç – dostlarınız və düşmənləriniz barədə artıq aydın təsəvvürləriniz var. Bir çox Əqrəblər son vaxtlar onların irəliyə doğru hərəkətini çətinləşdirən əlaqələri qıra biləcəklər.

Buğa – günün birinci yarısı ciddi problemlər yaranacaq və çox güman ki, onların səbəbkarı yaxınlarınızdan birinin hərəkəti olacaq. Mənfi emosiyaların öhdəsindən gəlmək elə də asan deyil. Faktiki olaraq, əsl münaqişənin yaranıb-yaranmaması yalnız sizdən asılıdır.

Əkizlər – yalnız çoxdan tanıdıqlarınız şəxslərlə ünsiyyət məsləhət görülür. Çünki yalnız bu halda qarşılıqlı anlaşmadan danışmaq olar. Insanların çox olduqları yerlərə getmək məsləhət deyil, xoşagəlməz insidentlər yaşaya bilərsiniz.

Xərçəng – enerciniz bir qədər azalıb, istirahətə ehtiyacınız var. Yatıb yuxunuzu almağa, özünüzü fiziki və əqli gücə salmamağa çalışın. Məişət işləri ilə məşğul ola bilərsiniz, ailə üzvləriniz sizi işləməkdən üzülməyə qoymayacaq, köməyinizə gələrək qayğılarınızın bir hissəsini öz üzərlərinə götürəcəklər.

Şir – maraqlı və məhsuldar gündür və siz də bundan səmərəli istifadə edəcəksiniz. Həyatda vacib dəyişikliklərə başlamaq üçün uğurlu an gəlib çatıb. Vacib və lazımsız məsələləri bir-birindən ayırmaq sizin üçün asandır, intuisiyanıza güvənirsiniz, bu isə qarşınıza qoyduğunuz məqsədə çatmaqda işinizi asanlaşdırır.

Qız – gün əla başlanır və daha da yaxşı məcrada davam edir. Əvvəllər heç kimin güman etmədiyi hadisələr baş verir, bu səbəbdən məqsədə çatmaq üçün münasib şəraitdən maksimum yararlanmaq lazımdır. Maraqlı görüşlər gözlənilir, xüsusilə də günün birinci yarısında.

Tərəzi – günün birinci yarısı düşməniniz öz bədbinliyiniz olacaq. Tez-tez özünüzə hər şeyin yaxşı olacağını aşılayın. Pis əhval-ruhiyyə daha çox enercinizin azalmasıyla nəticələnə bilər.

Əqrəb – romantik əhval-ruhiyyə yüksələcək. Sevgililərin ünsiyyəti üçün ideal vaxtdır. Bu vaxt şəxsi münasibətlərdə təşəbbüsü ələ almaq, hissləri etiraf etmək məsləhət görülür. Səmimilik həyatı tam müsbətə doğru dəyişməyə səbəb olacaq.

Oxatan – bu gün daha uğurludur. Amma yenə də narazısınız. Bəzi işləriniz alınmır. Qohumlarla münasibətlərdə anlaşılmazlıqlar var, ancaq hələ açıq danışmağın zamanı deyil. Bütün gününüzü problemlərin həlli yollarını düşünməyə sərf etməyin. Idmanla məşğul olun, açıq havada aktiv istirahət edin.

Oğlaq – siddi problemləriniz yoxdur, qarşınızda yaxşı perspektivlər açılır. Ancaq bütün imkanlardan vaxtında yararlana bilmir, ləngliyinizə görə özünüzü günahlandırırsınız. Çox güman ki, başqalarının bəzi ideyaları sizin planlarınızdan daha yaxşı olsun.

Dolça – bu gün sevinmək üçün xeyli səbəbiniz var. Yaxınlarınız sizə sürpriz edəcəklər. Ola bilsin ki, uzaqdan xoş xəbər alasınız. Ünsiyyət üçün açıqsınız, asanlıqla tanış olur, sizi ilk dəfə görənləri özünüzə valeh edirsiniz. Mövcud olan münasibətlərinizi də asanlıqla yaxşılığa doğru dəyişə bilərsiniz.

Balıqlar – maliyyə vəziyyətiniz pisləşə bilər. Qəflətən böyük bir məbləği itirməli olacaqsınız. Səfərlər üçün münasib gün deyil, bunlar sizi yoracaq. Soyuqdan özünüzü gözləyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.