23.06.2020 Gündəlik Bürclər (23 İyun 2020)

22 Haziran 2020
3 764
0
23.06.2020 Gündəlik Bürclər (23 İyun 2020)
Qoç – Günün ortalarına doğru bəzi çətinliklər yaranacaq, bunun da səbəbi kimsəyə qədərindən çox iş tapşırmağınızla bağlıdır. Yalnız öz gücünüzə arxalanaraq bir çox narahatlıqlardan sığortalana bilərsiniz.

Buğa – enerciniz çoxdur, özünüzü yaxşı hiss edirsiniz. Istənilən yeni başlanğıc üçün uğurlu gündür. Şəxsi həyatınızda təşəbbüsü ələ alın.

Əkizlər – həftə çox uğurlu bir günlə başlayır. Bir qədər təzadlı və qərarsız xasiyyəti olan şəxslər özlərini narahat hiss edəcəklər. Şübhələr çoxluq təşkil edir: şəraitə uyğun olmaq üçün qətiyyət tələb olunur.

Xərçəng – istənilən maliyyə əməliyyatları üçün uğurlu gündür. Iri məbləğdə pullardan istifadə edə bilər, bahalı mallar ala bilərsiniz. Əvvəlki səhvləriniz bu gün bağışlanacaq.

Şir – yaradıcı potensialınız yüksək səviyyədədir. Həyatınızı parlaq və daha maraqlı edə bilərsiniz. Istənilən işdə fantaziyanızdan yararlanaraq oricinallıq göstərdiyinizə görə rəqibləriniz təslim olacaqlar.

Qız – bu gün dünəndən sizi məşğul edən suallara cavab tapa bilərsiniz. Yaxınlarınızla münasibətlərinizdə sakitlik hökm sürür, narahat olmağa əsas yoxdur. Günü ailə üzvlərinizlə bir arada keçirməklə xeyli müsbət emosiya qazanacaqsınız.

Tərəzi– bu gün həmçinin köhnə dostlarla görüş üçün də münasibdir. Birlikdə keçmişi yada salarkən ağlınıza maraqlı ideyalar gələcək. Yeni tanışlar tapa bilərsiniz, amma hadisələri tələsdirmək lazım deyil.

Əqrəb – günü yaxşı adlandırmaq olar. Siz şikayətlənmir, əlinizdə olanla kifayətlənir və imkanınız çatandan yararlanmağa çalışırsınız. Həyatında yeni səhifə açmaq istəyənlər üçün gün uğurludur. Bu istəyin altında nəyin yatdığı isə heç önəmli deyil – bütün sferalarda cəhd göstərməyə dəyər.

Oxatan – Əla gündür və əgər nağıl kimi görünən perspektivi gerçəkləşdirmək istəyirsinizsə, ondan səmərəli istifadə edin. Tərəfdaş və həmfikir tapmaq çox asandır – sizin “uğur auranız” onları ciddi cəlb edir. Üstəlik, öz müsbət emosiyalarınızı çox həvəslə paylaşırsınız, bu da sizi cazibədar edir.

Oğlaq – sizin üçün gözlənilməz olan yeni macəra başlana bilər. Sevənlər öz yarlarını sevindirmək üçün səbəb tapacaqlar. Valideyn uşaqları sevindirəcəklər. Həm ümumi dil tapa, vacib bir məsələ barədə razılığa gələ, birlikdə xoş vaxt keçirə bilərlər.

Dolça – Əvvəlcədən plan quraraq ona uyğun hərəkət etsəniz, günün artmaqda olan mənfi tendensiyalarından yaxa qurtara bilərsiniz. Əgər çox qısa bir zamanda qərar verə bilməyəcəyinizi düşünürsünüzsə, o zaman bütün ciddi və məsuliyyətli məsələlərdən qaçın.

Balıqlar – bütün bunlara baxmayaraq, yaxşı əhvalınızı qoruyub saxlaya biləcəksiniz. Bunda sizə yaxınlarınız da kömək edəcəklər. Sizin mənəvi rahatlığınızı təmin etməkdən ötrü onlar əllərindən gələni əsirgəmirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.