24.06.2020 Gündəlik Bürclər (24 İyun 2020)

23 Haziran 2020
3 761
0
24.06.2020 Gündəlik Bürclər (24 İyun 2020)
Qoç – çoxdan hazırladığınız layihəni gerçəkləşdirməklə yanaşı, bu gün yeni birini də başlayacaqsınız. Bunlar sizin ambisiyalarınıza tamamilə uyğun gəlir və karyerada irəliləməyinizə, gəlirlərinizi artırmağınıza rəvac verir.

Buğa – əgər yaxınlarınızın ritmilə uyğunlaşmasanız, ailə daxilində münaqişələrdən qaça bilməyəcəksiniz. Müzakirə və mübahisələrdən qaçın: çox tez əsəbləşir və düşünmək qabiliyyətini itirirsiniz.

Əkizlər – işlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. Iş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz. Ancaq imkanlarınızı düzgün hesablayın.

Xərçəng – Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız. Digər günlərdən fərqli olaraq bu gün daha təmkinli, soyuqqanlı və sakitsiniz. Bu isə ailədaxili münaqişələri dəf etməyə, sevdiyiniz şəxslə daha mülayim davranmağınıza kömək edir.

Şir – günün əsas problemi emosional fonun gərgin olmasıdır. Tez inciyirsiniz, sizinlə dil tapmaq çətindir. Hətta çox mehriban bir adam təsadüfən sizin kefinizə soğan doğrayacaq. Yazıq onun halına: sizin kəskin və coşğun reaksiyanız hətta özünüzü də təəccübləndirəcək.

Qız – mənəvi tarazlığınızı bərpa etmək üçün müxtəlif məşğuliyyətlərlə başınızı qatmağa çalışın: tikişdən tutmuş idmanadək hər bir iş karınıza gələr. Sizi yoran işləri başqalarına həvalə etməyə çalışın.

Tərəzi – işgüzar səfərlər yaxşı nəticə verəcək. Bir çox “Tərəzi”lər yeni məkanda daha çox imkanlar qazanacaqlarını anlayaraq köçmək barədə fikirləşəcəklər. Yeni layihələrə yalnız ciddi planlaşdırmadan sonra başlamaq olar, odur ki, hələ tələsməyin.

Əqrəb – bu gün çətinlikləri aradan qaldırmalı, maneələri aşmalı, düşmənlərinizlə savaşmalısınız. Başqa cür desək, gününüz maraqlı olacaq. Ancaq fəaliyyətinizin nəticəsi çəkdiyiniz zəhmətin heç onda biri qədər qarşılığı deyil. Bir çox Buğalar bu səbəbdən məyus olacaqlar.

Oxatan – qeyri-formal şəraitdə ünsiyyət, dostlarla görüş üçün yaxşı gündür. Bu gün ən xətrədəyən sözləri elə ehmalca deyirsiniz ki, ətrafınızdakıların sizdən küsmək heç ağıllarına da gəlmir. Pül gözləyirsiniz, amma gecikir. Narahat olmayın, maliyyə vəziyyətiniz elə də pis deyil.

Oğlaq – bu gün diqqətli olsanız, həftənin sonunadək bir çox narahatlıqdan canınızı qurtara bilərsiniz. Elə səhvləriniz ola bilər ki, onları düzəltmək üçün çox vaxt və əsəb sərf etməli olarsınız. Günün ən yaxşı cəhəti odur ki, sizə kömək edə biləcək insanlarla mübahisə etmir, əməkdaşlar və rəhbərliklə yaxşı münasibətlərinizi qoruyub saxlayırsınız.

Dolça – emosional fon gərgindir: əsəbi çılğınlıq həddindəsiniz. Bir qədər sakit olmağa çalışın, sakitliyə çəkilmək imkanı varsa, həmən yararlanın, dincəlin.

Balıqlar – işgüzarlığınız parlaqdır, ancaq şəxsi keyfiyyətləriniz də kölgədə qalmır. Bu gün diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.