26.06.2020 Gündəlik Bürclər (26 İyun 2020)

25 Haziran 2020
3 955
0
26.06.2020 Gündəlik Bürclər (26 İyun 2020)
Qoç
Maliyyə məsələlərində risk etməyin. Bu gün hisslər və emosiyalar gəriləcək. Iri məbləğdə ödənişləri və pul köçürməsini təxirə salın. Hadisələri tələsdirməyin, aramla və təmkinlə davranın.

Buğa
Çətin, amma qaçılması mümkünsüz qərar qəbul etməli olacaqsınız. Konkret addımlarla bağlı məsləhətlər alacaqsınız. Qətiyyətli və inamlı olun, çəkinməyin. Yeni heç nəyə başlamayın.

Əkizlər
Çətin şərtlərə rəğmən işin uğurla başa çatması gözlənilir. Səhhətinizə fikir verməyi unutmayın. Planlaşdırılmamış fəaliyyətə enerji sərfiyyatı istisna deyil. Yaxşı olar ki, istirahətə vaxt ayırasınız.

Xərçəng
Çətin və ciddi səylər tələb edən işləri bu günə planlaşdırın. Yeni işə başlayarkən diqqətli olun. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişə bilər. Sonradan təəssüf hissi yarada biləcək addımlar atmayın. Nikbin olmağa çalışın. Münaqişəli durumlarda asanlıqla barışın, güzəştə gedin.

Şir
Fəal olun. Gərgin gün olacaq, bəzi situasiyalar sizi təbdən çıxaracaq. Konkret işlərlə məşğul olmağa çalışsanız, uğur əldə edə bilərsiniz. Biznesdə yeni mərhələ başlanacaq. Alış-veriş ilə yanaşı, ilk dəfə gerçəkləşdirmək niyyətində olduğunuz əməl üçün əlverişli gün deyil.

Qız
Bu gün yeni işə başlamayın. Çalışın, şəxsi məsələlərinizi həll edin. Ailə üzvləri və qohumlarınızı sevindirəcək iş görün. Səfərləri təxirə salın. Görüşlər və yazışmalar üçün uğurlu gün deyil. Yaxın ətrafınızdakı insanların məsləhətlərini həssaslıqla dinləyin.

Tərəzi
Axtarış üçün əlverişli gündür. Iş qabiliyyəti və məhsuldarlıq yüksək səviyyədə olacaq. Mühüm məsələlərlə bağlı qərarın verilməsini təxirə salın. Olayların kökünə baxın. Günün ikinci yarısında maraqlı məclisdə olacağınız istisna deyil.

Əqrəb
Səfər, ezamiyyət ünsiyyət istisna deyil. Perspektivdə sərfəli əməkdaşlığa çevrilə biləcək təmaslarla ünsiyyətlərdə müsbət nəticələrə nail ola bilərsiniz. Gününüzü maraqlı edəcək yerləri ziyarət edin.

Oxatan
Qərar verməzdən əvvəl yaxın ətrafınızdakı insanlardan birinin mövqeyini öyrənin. Gərginliyi artıra biləcək hadisələrdə ehtiyatlı olun. Problemlərin qarşısını almağa çalışın. Sizi maraqlandıran suallara bu gün cavab ala bilməyəcəksiniz.

Oğlaq
Gərgin gündür. Mühüm tədbirlər üçün uğursuz gündür. Iş yoldaşlarınız arasında eqoistlik edən olacaq. Kimisə nəyəsə inandırmaq üçün əvvəlcə buna özünüz inanın. Emosional tarazlıq pozulmazsa, çox iş görə bilərsiniz.

Dolça
Yeni işin təməlini qoyun. Görüşlərdən imtina etməyin. Hadisələrin qəfil, sürətli inkişafı ilə yanaşı, emosiyaların kəskin dəyişməsinə hazır olun. Istənilən mühüm planın reallaşdırılmasında tələskənliyə yol verməyin.

Balıqlar
Bu gün başladığınız işi başa çatdırın. Lakin yorğunluq məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Gəzinti, üçün də vaxt saxlayın. Yaxşı istirahət etsəniz, daha çox iş görə bilərsiniz. Ümumilkdə uğurlu gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.