30.06.2020 Gündəlik Bürclər (30 İyun 2020)

29 Haziran 2020
4 466
0
30.06.2020 Gündəlik Bürclər (30 İyun 2020)
Qoç
Gələcəyinizlə bağlı müzakirələr ola bilər. Yaxın ətrafınız sizin çətin durumunuzdan narahatdır. Əhəmiyyətli qərarları məsləhətsiz verməyin.

Buğa
Gün uğursuz başlayacaq. Bu səbəbdən yeni işlərə başlamayın. Yaxınlarla aranızdakı münasibət gərgin olacaq. Siz nə qədər səy göstərsəniz də, bu gün işiniz uğurlu alınmayacaq.

Əkizlər
Ulduzlar bildirir ki, son günlər yorğunsunuz. Vaxtınızı ailənizə və sevdiklərinizə ayıra bilərsiniz. Yoldaşlarınızla birlikdə hazırladığınız gözəl plan da gününüzü əyləncəli edə bilər.

Xərçəng
Günün yadda qalan tərəfi pozitiv emosiya gətirməsidir. Bu səbəbdən də gün şən keçəcək. Bu gün vacib qərarlar verməyiniz məsləhət deyil. Qohumlarla aranızda fikir ayrılığı olacaq. Narahat olmayın, əlaqələri düzəldəcəksiniz.

Şir
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil. Günün ikinci yarısında səhhətiniz korlana bilər.

Qız
Işgüzar partnyorlarınızla aranızda ciddi fikir ayrılığı olacaq. Köhnə müttəfiqi yenisilə əvəz edəcəksiniz. Əməkdaşlığınızın məhsuldar olacağı gözlənilir. Bu gün yola çıxmaq olar. Yolda yeni və maraqlı tanışlıq gözlənilir.

Tərəzi
Uğursuzluqlar gözləmədiyiniz anda sizi əhatə edəcək. Buna baxmayaraq, siz istədiyinizə nail olacaqsınız. Ehtiyatlı olun, rəqibləriniz hər situasiyadan istifadə etməyə çalışacaqlar.

Əqrəb
Ünsiyyət zamanı problemlər yaşaya bilərsiniz. Mübahisə yaşanmasını istəmirsinizsə, dediklərinizə qarşı diqqətli olun. Belə bir gündə vacib qərarlar vermək arzuolunmazdır. Günün ikinci yarısında xoşagəlməz sürprizlə qarşılaşacaqsınız.

Oxatan
Gününüzü istənilən məşğuliyyətə ayıra bilərsiniz. Qarşınıza çox da böyük iddialar qoymayın. Gün uşaqlarla vaxt keçirmək üçün münasibdir. Bürcün ailəli nümayəndələri bundan səmərli istifadə edə bilərlər.

Oğlaq
Narahat gündür. Əsəbləriniz tarıma çəkiləcək. Bu, əhvalınızın korlanmasına səbəb ola bilər. Yaxşı olar ki, özünüzü artıq stresdən qoruyasınız. Gəzintiyə çıxın, sevmədiyiniz şəxslərlə münasibətləri məhdudlaşdırın.

Dolça
Ailə-məişət problemlərinin həlli üçün münasib gündür. Müzakirəsi məsləhət olmayan yeganə mövzu maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır. Yaxınlarınızı sevindirmək imkanı yaranacaq.

Balıqlar
Uğurlu gündür. Işlə bağlı maraqlı ideyalarınız olacaq. Onları reallaşdırmağa çalışın. Ətrafdakılarla münasibətiniz yaxşı olacaq. Gün qonaq getmək üçün münasibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.