02.07.2020 Gündəlik Bürclər (2 İyul 2020)

01 Temmuz 2020
3 818
0
02.07.2020 Gündəlik Bürclər (2 İyul 2020)
Qoç
Iş görmək üçün ən yaxşı gündür. Entuziazmla çalışırsınız, uğurlarınız da gecikmir. Rəhbərlik sizin səyinizi görür, işə yaradıcı münasibətinizi, peşəkarlığınızı, başqalarının əməyini təşkil etmək bacarığınızı layiqincə qiymətləndirir. Odur ki, yaxınlarda vəzifənizi böyüdə bilərlər.

Buğa
Şəraitin birmənalı olmamasına rəğmən, konstruktiv mövqe tutur və yaranan çətinlikdən uğurla çıxmağı bacarırsınız. Düzdür, lokomotiv rolunu oynamaq elə də xoşunuza gəlmir: tərəfdaşlarınızı və köməkçilərinizi az qala ətəklərindən yapışıb arxanızca sürüyürsünüz, hələ onlar etiraz da edirlər.

Əkizlər
Qadınlarla münasibətlərinizə diqqət yetirin: burada bəzi şeyləri təcili dəyişmək lazımdır ki, yaxın gələcəkdə heç bir problem yaranmasın. Təəssüf ki, peşəkar sahədə rəqabət apardığınız qadınları qiymətləndirmirsiniz: onlar sizə zərbə vurmaq imkanını ötürməyəck, saman altdan su yeridərək işlərinizi korlamağa çalışacaqlar.

Xərçəng
Təşkilati və maliyyə məsələlərini üzərinizə götürsəniz, gününüz əla alına bilər. Ümumiyyətlə, başqalarına nə qədər az bel bağlasanız, bir o qədər yaxşıdır. Müstəqil fəaliyyət sizi çox yorur, amma bu, mənasız əməkdaşlıqdan daha yaxşıdır.

Şir
Çalışın, bu gün yaxşıca istirahət edəsiniz. Səfərlərə gedə, gəzintiyə çıxa, dostlarınıza baş çəkə bilərsiniz. Işlər barədə nə qədər az fikirləşsəniz, əhvalınız bir o qədər yaxşı olacaq. Xırda alış-veriş uğurlu olacaq. Amma ciddi xərclərə yol verməyin.

Qız
Günün birinci yarısı emosional fon rahatlığı ilə seçiləcək. Məhz bu dövrdə planlar quraraq məqsədlər təyin etmək olar: insanlar öz güclərini düzgün hesablayır və layihələrin reallaşdırılmasına yüksək əhval-ruhiyyə ilə başlayırlar.

Tərəzi
Sonrakı saatlar o qədər xoş olmasa da, onları tamamilə pis adlandırmaq da düzgün deyil. Axşam həm işgüzar, həm şəxsi məsələləri müzakirə etmək olar. Fikir ayrılıqları mübahisələrə səbəb olmur. Insanlar bir-birlərinə qarşı daha dözümlü davranırlar.

Əqrəb
Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.

Oxatan
Maliyyə işlərini qaydaya sala, yeni gəlir mənbələri tapa, yaxud əla yatırım edə bilərsiniz. Sizi məhz məşğul olduğunuz işlər maraqlandırdığından bunların öhdəsindən tez gəlirsiniz. Tezliklə mükafat alacağınıza ümid edə bilərsiniz.

Oğlaq
Maliyyə vəziyyətiniz yaxşıdır. Pul ala bilərsiniz. Düzdür, heç gözləmirsiniz, amma mümkünsüz işlər də bəzən mümkün olur. Çoxdan rastlaşmadığınız biriylə görüşünüz sizi sevindirəcək. Aşiq Oğlaqlar sevgililərindən çox vacib sözlər eşidə bilərlər.

Dolça
Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.

Balıqlar
Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. Işgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.