10.07.2020 Gündəlik Bürclər (10 İyul 2020)

09 Temmuz 2020
3 818
0
10.07.2020 Gündəlik Bürclər (10 İyul 2020)
Qoç
Bu gün eşq həyatınızda istədiyiniz istiqamətdə dəyişikliklər meydana gələcək. Özünüzü çox enerjili hiss edəcək, əyləncəli mühitlərdə fikirləşdiyinizdən çox kef görəcəksiniz.

Buğa
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir, zərərini görərsiniz.

Əkizlər
Uğurlu gündür. Işlə bağlı maraqlı ideyalarınız olacaq. Onları qeyd etməyi unutmayın. Yaxınlarla münasibətiniz yaxşı olacaq. Evdə oturmaqdansa gəzintiyə çıxın, qonaq gedin.

Xərçəng
Işgüzar danışıqlar yaxşı keçəcək. Imkan və bacarığınızı düzgün dəyərləndirəcəksiniz. Ailədə isə doğruluğunuzu isbatlamaq üçün səy göstərəcəksiniz. Gün maliyyə baxımdan xoş xəbər vəd edir.

Şir
Gərgin və narahat gündür. Əslində bu gün baş verən çətinliklıər elə də ciddi xarakter daşımır. Bugünkü alış-veriş uğursuz olacaq. Şəxsi müstəvidə hansısa qərarın verilməsi üçün də münasib gün deyil.

Qız
Bir sıra xırda çətinlikləri nəzərə almasaq, ümumilikdə uğurlu gündür. Problemləri tez həll edəcəksiniz. Bu gün liderlik xüsusiyyətlərinizi qabarıq şəkildə büruzə verəcəksiniz. Ətrafdakıları haqlı olduğunuza asanlıqla inandıracaqsınız. Maliyyə işlərinin həlli üçün əlverişli gündür.

Tərəzi
Yeni layihələrə girişməyin. Xüsusilə də əsaslı maliyyə vəsaiti tələb edən işlərə baş qoşmağınız məsləhət deyil. Bu gün özünə qulluq üçün vəsaitlərin alınması baxımından uğursuz gündür. Gün yer dəyişmək, təmir işlərinə başlamaq üçün də əlverişsiz gündür.

Əqrəb
Günün birinci yarısı xoş keçəcək. Bir neçə saat ərzində bir çox faydalı işlə məşğul olacaqsınız. Yaxınlara problemlərini həll etməyə yardım edəcəksiniz. Ehtimal ki, gəliriniz olacaq. Alış-verişə çıxmaq olar.

Oxatan
Illüzaiyalarınızın əsiri olacaqsınız. Maliyyə ilə bağlı işlərə bu gün girişməyin. Etibarınıza layiq olmayan adamları özünüzə cəlb edəcəksiniz. Bu baxımdan təmasda olarkən diqqətli olun. Axşam ailə üzvlərinin əhatəsində olun.

Oğlaq
Iş, karyera və pulla bağlı məsələlərin müzakirəsi üçün əlverişli gündür. Böyük məbləğli alış-veriş üçün münasib gün deyil. Məişət texnikası almaq üçün bu günü planlaşdırmayın. Çünki bu gün alınan texniki vəsait faydasız olacaq.

Dolça
Boş yerə vaxt itirməyin. Ətrafdakılarla aranızda fikir ayrılığı ola bilər. Məsrəfləriniz gözlədiyinizdən çox ola bilər. Şəxsi müstəvidə vəziyyət yaxşı olacaq. Imiclə bağlı eksperimentlər aparmağa dəyər, ekstravaqant geyimlə daha da yaxşı görünəcəksiniz.

Balıqlar
Bir neçə günü ailənizə həsr etməli olacaqsınız. Bir çox işinizin olmasına baxmayaraq, işlərinizi evdən icra etmək, yaxud da ailənizə vaxt ayırmaq istəyəcəksiniz. Şərikli işlərdə bəzi məcburiyyətlər üzə çıxacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.