16.07.2020 Gündəlik Bürclər (16 İyul 2020)

15 Temmuz 2020
3 581
0
16.07.2020 Gündəlik Bürclər (16 İyul 2020)
Qoç – bu gün qoçlar üçün uğursuz bir gün olacaq. Siz baş verən hadisələrdən hiddətlənirsiz, problemlərə çözüm yolu axtrarırsınız, amma bu yolları tapa bilmirsiz. Həyatınızdakı nəyisə dəyişmək problemlərə gətirib çıxarır. Uğursuzluqlar sizi cənginə alıb.

Buğa – bu gün uğur qazanmaq istəyirsizsə, az risk edin və tələsməyin. Bu gün uğur qazana bilməyən buğalar ancaq tənbəllər ola bilər. Vaxt itirməkdən qorxmayın. Siz nəyə can atırsız, o, sizdən qaçmayacaq. Dəqiq fənləri öyrənmək üçün çox əlverişli bir gündür.

Əkizlər – Görüşləri, əsasən, günün ikinci yarısına salın, çünki günün məhz bu hissəsində siz çox dəqiq və inandırıcı biri olacaqsız. Yaxınlarınızla fikir ayrılığı ola bilər. Ancaq yumor hissi və təbiətən mülayimliyiniz bu problemləri aradan qaldırmağa kömək edəcək. Siz onlarla dil tapacaqsız.

Xərçəng – neytral bir gündür. Hər bir işə ağılla başlamağa can atsanız, siz bu işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Məqsədinizə çatmaq üçün hər hansısa bir metodu yoxlaya bilərsiz. Yeni metodlar əvvəlkilərdən daha maraqlı olacaq.

Şir – ünsiyyət sarıdan çox çətin bir vaxtdır. Əgər sizə elə gəlirsə ki, kimsə sizi iki cümlədən başa düşür, yanılırsız. O, sizin sözlərinizi pis mənada başa düşür. Gününü ikinci yarısnda güclü baş ağrıları olacaq.

Qız – vacib qərarları təkbaşına həll etmək istəyiniz sizi yaxınlarınızla mübahisəyə sürükləyə bilər. Yaradıcı potensialınız çox yüksəkdir. Sizin çoxlu maraqlı ideyalarınız olacaq, hansı ki, yaxın dostlarınız ürəkdən dəstəkləyəcəklər.

Tərəzi – siz hər bir incə detala diqqət yetirirsiz və elə bir şeydən ötrü həyəcan keçirirsiz ki, başqaları bu problemləri heç görmürlər. Dostlarınız havayı yerə sizə həyata daha gözəl baxmağı məsləhət görürlər. Sizdə pozitiv dalğalardan əsər-əlamət yoxdur.

Əqrəb – qəlbinizdəki tarazlığı tapmaq, sizə hər bir şeydə kömək edəcək. Dünyanı daha gözəl və maraqlı görəcəksiz. Divarları rəngləyin, güllər əkin, bir sözlə hər şeyi qaydasına salın. Bu hərəkətiniz hər kəsin xoşuna gələcək, əsasən də özünüzün.

Oxatan – insanlar öz nəzər-nöqtəsini saxlayaraq başqalarına qarşı nəzakətli olurlar və qarşıdakı insana rəhmləri gəlir. Işin ən çətin yolu bir fikrə gəlməkdir. Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnmiyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq.

Oğlaq – sevən şəxlər cüzi bir şeydən ötrü mübahisə edəcəklər, ama barışanda çox ehtirasla və entuziazmla barışacaqlar. Bu gün yaxın insanlara xüsusi hədiyyə vermək üçün əlverişli bir gündür.

Dolça – çox çətin bir gündür. Qarşınızda duran sualların çoxsuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə inamınızı itirirsiniz. Işlərin sizin xeyrinizə başa çatacağına heç bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla yola getmək biraz çətin olacaq.

Balıqlar – evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı olursunuz. Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.