19.07.2020 Gündəlik Bürclər (19 İyul 2020)

18 Temmuz 2020
3 628
0
19.07.2020 Gündəlik Bürclər (19 İyul 2020)
Qoç
Alış-verişə çıxa bilərsiniz: seçiminiz çox uğurlu olacaq, aldığınız əşyalar uzun müddət sizi sevindirəcək. Bu gün həmçinin başqa yerə köçə, əsaslı təmirə başlaya bilərsiniz.

Buğa
Bu günə planlaşdırdığınız işləri, çətin ki, çatdırıb görəsiniz. Bu, həm şəxsi həyatınıza, həm də işinizə aiddir. Bunda sizin bir günahınız yoxdur, sadəcə olaraq, şərait belə gətirir. Bu səbəbdən uğursuzluqlara müdrikliklə yanaşmağa çalışın.

Əkizlər
Bu gün bəxtiniz gətirmir. Amma bu elə də bəd xəbər deyil – çünki bazar ertəsi həftənin yeganə pis günü olacaq. Sonrakı günlərdə isə hər şey düzələcək. Odur ki, ruhdan düşməyin, hadisələri tələsdirməyin, düşünülməmiş hərəkətlər etməyin.

Xərçəng
Adi işlərlə vaxtınızı öldürməyin, tapdanmamış cığırlarla getməyə çalışın. Bu günə səfərlər, başqa şəhərlərdə, yad ərazidə danışıqlar planlaşdıra bilərsiniz. Qohumlar arasında fikir ayrılıqları yaranır, ancaq qarşılıqlı anlaşma tez bərqərar olur. Bu səbəbdən mübahisələr də tez bitir.

Şir
Bu gün sizin üçün çətin və yorucu olacaq. Işləriniz çoxdur, birini atıb, o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir. Ancaq siz mənfi tendensiyaların təzyiqinə müqavimət göstərirsiniz. Günün sonunadək işləriniz düzələcək.

Qız
Alış-verişdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.

Tərəzi
Gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz. Çoxdankı problemlərinizi həll edir, mübahisələrə son qoyan güzəştli variantlar tapırsınız.

Əqrəb
Günün ikinci yarısı gözlənilməz xəbər ala bilərsiniz. Xoş sürprizlər, hədiyyələr almağınız da mümkündür. Romantik tanışlıq üçün əla gündür: mümkündür ki, belə bir görüş ciddi münasibətlərin təməlini qoysun.

Oxatan
Gücünüz və enerjiniz çoxdur, istənilən işdə uğur qazana, ən mürəkkəb məsələlərin həllini tapa bilərsiniz. Sizin qarşınızda isə yalnız bir maneə var, o da sizin tənbəlliyinizdir. Ilk növbədə onunla mübarizə aparın.

Oğlaq
Həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz. Biznesə pul qoya bilərsiniz, bu sizdə çox yaxşı alınır.

Dolça
Bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq. Birincisi, onlar çoxdur, ikincisi isə hər yerdədir. Amma “Dolça”ları belə çətinliklər qorxutmur. Günortaya yaxın nəyisə kökündən dəyişmək, qəti qərarlar vermək lazım olduğunu anlayacaqsınız, bundan sonra isə işləriniz düzələcək.

Balıqlar
Müəyyən çətinliklərə baxmayaraq, gün ümumilikdə pis keçməyəcək. Qarşınızda duran məsələlərin miqyası nə qədər böyükdürsə, onları həll etmək bir o qədər maraqlıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.