21.07.2020 Gündəlik Bürclər (21 İyul 2020)

20 Temmuz 2020
3 806
0
21.07.2020 Gündəlik Bürclər (21 İyul 2020)
Qoç – müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik, sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Qoçlar yeni, əla işçilər tapacaqlar.

Buğa – pul ala bilərsiniz, ümumiyyətlə, maliyyə vəziyyətinz pis deyil. Vacib ailə tədbirləri, qohumlarla ünsiyyət, ziyafətlərin təşkili üçün yaxşı gündür. Ekstravaqant geyimlər, qeyri-adi zinət əşyaları, bicuteriya almaq olar.

Əkizlər -yeni bir işə başlaya bilmir, köhnəsini davam etdirmək istəmirsiniz. Bu səbəbdən də əhvalınız korlanır. Üstəlik, bu gün xoşunuza gəlməyən insanlarla işləməli olursunuz. Bu da mənəvi tarazlığınızı qoruyub saxlamağınıza mane olur.

Xərçəng – işdə xırda anlaşılmazlıqlar, problemlər, iş yoldaşlarınızla münaqişələr mümkündür. Evdə vəziyyət daha yaxşıdır, amma siz bunu qəbul etmək istəmir, qaşınmayan yerdən qan çıxarmağa çalışırsınız. Bir çox Xərçənglər düşünlməmiş hərəkətlər etməyə, tələsik qərarlar verməyə meyllidirlər. Bir neçə gün sonra isə bunların peşmanlığını çəkəcəklər.

Şir – həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. Ideyalarınız pis deyil, onlardan ən yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerciniz çoxdur, gün ərzində bir dəqiqə də olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etməyəcəksiniz.

Qız – Inadkarlar öz problemlərini həll edərək məqsədlərinə çatacaqlar, asan qələbə arzusunda olanlar isə havayı yerə ümid etməsinlər. Praktiki məsələlərin həlli üçün münasib gündür, eksperimentlərdən çəkinmək, cari işlərlə məşğul olmaq daha məsləhətlidir. Həm şəxsi, həm işgüzar məsələlərdə köhnə dostlarınıza etibar edin.

Tərəzi – alış-veriş etmək, əyləncəyə və yalnız əhvalı yüksəltmək üçün nəzərdə tutulan əşyalara pul xərcləmək olar. Ciddi eşq macərası boş bir şeydən başlaya bilər, münasibətlərin inkişafı isə ildırım sürətli olacaq.

Əqrəb – özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Əqrəb üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.

Oxatan – adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.

Oğlaq – maliyyə vəziyyətiniz yaxşıdır. Gözləmədyiniz yerdən pul ala bilərsiniz. Bəxti gətirən Oğlaqlar ev problemini həll edə, yaxud hansısa bahalı əmlak sahibi ola bilərlər. Mağazaları gəzə bilərsiniz. Evinizin yaxınlığında deyil, bir qədər uzaq rayonlarda edəcəyiniz alış-veriş daha uğurlu olacaq.

Dolça – işləmək istəmirsiniz, bu səbəbdən işləriniz də axsayır, heç bir nəticə də əldə etmirsiniz. Yalnız bir qrup Dolçalar təşəbbüskarlıq edərək bütün planlarını gerçsəkləşdirə biləcəklər. Hətta bədxahları da onların işlərinə pəl vura bilməyəcəklər

Balıqlar – müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.