24.07.2020 Gündəlik Bürclər (24 İyul 2020)

23 Temmuz 2020
3 031
0
24.07.2020 Gündəlik Bürclər (24 İyul 2020)
Qoç
Səmimi olun. Ailə və şəxsi həyatla bağlı mühüm qərarlar qəbul edəcəksiniz. Bu günə təyin etdiyiniz görüşdən imtina etməyin, aktiv olun.

Buğa
Bu gün alış-veriş etmək olar. Maraqlandığınız məsələ ilə bağlı müzakirələr aparmaq üçün də əlverişli gündür. Bu istiqamətdə konkret razılaşma əldə etmək olar.

Əkizlər
Nikbin olun. Danışıqlar üçün əlverişli gündür. Yeni tanışlıqlara nail olacaqsınız. Axşam saatlarında istədiyiniz kimi dincəlin.

Xərçəng
Perspektivli gündür. Tükətdiyiniz enerjinin bərpasına fikir verin. Gün ərzində enerjili olun. Işdə və şəxsi münasibətlərdə təşəbbüsü ələ alın.

Şir
Situasiyanın qəfildən dəyişəcəyi gözlənilir. Maraqlandığınız mövzuda intuisiyanıza güvənə bilərsiniz. Səhhətinizə fikir verin, istirahətə kifayət qədər vaxt ayırmaq lazımdır.

Qız
Yeni işbirliyi qurmaq olar. Alınan məlumat biliklərinizi artıra bilər. Şəxsi münasibətlər üçün uğurlu gündür. Yaxşı olar ki, kiməsə boş ümid verməyəsiniz.

Tərəzi
Işlərin çoxluğundan başınızı qaşımağa belə vaxt qalmayacaq. Bu səbəbdən də yalnız mühüm işləri yerinə yetirməyə çalışın, ikinci dərəcəli işləri isə bu günlük təxirə salın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Əqrəb
Çalışın yarımçıq işiniz qalmasın. Səfər, gəzinti üçün əlverişli gündür. Şəxsi münasibətlərdə romantika kasadlığı yaşanacaq. Axşam saatlarında əylənin.

Oxatan
Hadisələrin gedişi sizi sevindirəcək. Ailə üzvlərinizlə mühüm məsələləri müzakirə edin. Hisslərinizi cilovlayın. Işlərinizin qaydada olub-olmamasına diqqət yetirin.

Oğlaq
Fitnələrə uymayın, yalan qurbanı olmayın. Sizin sadəlövhlüyünüzdən istifadə edənlər olacaq. Şəxsi münasibətlərdə yeniliklər və əyləncə istəyi baş qaldıracaq. Imkan varsa açıq havada gəzişin.

Dolça
Şəxsi münasibətlərdə romantik anlar yaşana bilər. Gün ərzində yüksək iş qabiliyyətinizi qorusanız, çox işlər görə bilərsiniz. Səhhətinizə fikir verin, dincəlməyə çalşın.

Balıqlar
Hadisələrin inkişafını tələsdirməyin. Yaxşı vaxt keçirə biləcəyiniz məclisdə olmağınız məsləhətdir. Yardım istəyənlərə məsləhət verin, onlara qulaq asın. Yaxın ətrafınızdakı insanların sizin səbr və qayğınıza ehtiyacları var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET