01.08.2020 Gündəlik Bürclər (1 Avqust 2020)

31 Temmuz 2020
3 769
0
01.08.2020 Gündəlik Bürclər (1 Avqust 2020)
Qoç – alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınızı və məqsədlərinizi dəqiqləşdirin.

Buğa – bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Təkbaşına işləməyə çalışın. Imiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.

Əkizlər – günün ilk yarısı uğurlu olacaq. Şanslarınızdan maksimal dərəcədə yararlanmağa çalışın. Işdəki problemləri uğurla həll etməyə can atın. Bilik, bacarıq və informasiyalarınızı nümayiş etdirin. Nüfuzlu insanın diqqətini cəlb etmək, çox maraqlı işgüzar təklif almaq şansı var.

Xərçəng – romantik münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. Sevdiyiniz insanı sevindirməyi unutmayın. Axşam saatlarında maraqlı tanışlığa nail olmaq üçün səy göstərin.

Şir -maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Yaşam potensialı yüksəkdir. Işlər çox olsa belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Axşam saatlarında xoş xəbərlər alacaqsınız. Yeni tanışlıqlar istisna deyil. Amma münasibətlərin uzunmüddətli olacağını düşünməyin.

Qız -mühüm, genişmiqyaslı işləri təxirə salın. Çətin, qarışıq gündür. Yaranan problemlərin öhdəsindən istədiyiniz təki sürətlə gələ bilməyəcəksiniz. Önəmli görüşlərlə bağlı vədlər varsa, ora hazırlıqsız yollanmayın. Improvizə qabiliyyətinizə bel bağlamayın.

Tərəzi – ciddi problemin öhdəsindən gələ bilməyəcəksiniz. Tək, müstəqil işləyərək daxili harmoniyaya nail olun, əsəblərinizi sakitləşdirin. Yaxşı tanımadığınız insanlarla ünsiyyət sizi adi günlərdən fərqli olaraq çox yoracaq. Axşam saatlarında mənfi emosiyaların öhdəsindən gəlin.

Əqrəb – yaxşı bacardığınız işlə məşğul olun. Axına qarşı üzün, iradə və qətiyyətinizi göstərin. Məqsədinizdən əl çəkməyin. Səylərinizlə qüvvənizi düzgün paylaşdırsanız, əla nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun.

Oxatan – alış-veriş uğurlu olacaq. Aktiv həyat tərzi keçirən insanlarla qeyri-formal şəraitdə görüşmək olar. Çox oricinal, ekstravaqant əşyaşar almayın. Zahiri görünüşə aldanmayın. Axşam saatlarında normal istirahət edin.

Oğlaq -bütün işlərdə intuisiyanıza güvənə bilərsiniz. Təhtəlşüur bu gün sizi aldatmayacaq. Yalnız sizə aid olmayan məsələləri təkbaşına həll etməkdən qorxmayın. Səhvlərə yol verməyin, problemin həllində optimal yolu seçin. Karyera məsələləri ilə bağlı narahatlığınız varsa, qarşınızda cazibədar perspektivlər yaranır.

Dolça – günün ilk yarısında problemlərin həllinə yaradıcı yanaşın. Ən adi hadisələrdən birinin mahiyyətini araşdıranda onun qeyri-adi olay olduğunu anlayacaqsınız. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Balıqlar -emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın. Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın. Günün ikinci yarısında maliyyə duyumu sizi aldatmasın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.