02.08.2020 Gündəlik Bürclər (2 Avqust 2020)

01 Ağustos 2020
3 367
0
02.08.2020 Gündəlik Bürclər (2 Avqust 2020)
Qoç
Seçim qarşısında qalacaqsınız. Düşünün, sizə ən çox nə gərəkdir: dostların dəstəyi və işlərinizdə iştirakları, yoxsa fəaliyyət azadlığı? Peşəkar fəaliyyət müstəvisində maraqlı və cazibədar perspektivlər yaranır. Karyerada inkişaf istisna deyil. Yaxşı gəlir əldə etmək və ya yeni gəlir mənbəyini tapmaq da olar. Intuisiya sizi aldatmayacaq.

Buğa
Peşəkar fəaliyyət müstəvisindəki məqsədlərə çatmaq üçün əlverişli zamandır. Problemlərin həllinə yaradıcı yanaşaraq zəruri işləri görün. Qərarlarınız qeyri-standart, addımlarınız orijinal olsun. Yaxın ətrafınızdakı insanların diqqətini cəlb edəcəksiniz.

Əkizlər
Yeni işə başlamaq və ya iş yerini dəyişmək üçün əlverişlidir. Fiziki iş və ya idmanla məşğul olmaqda xeyir var. Dostlarla görüş və ya romantik təmaslar xoş hisslər yaradacaq. Alış-veriş etmək, qarderobu yeniləmək olar.

Xərçəng
Mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlara nail olmasanız da irəliləyişlər olacaq. Gözləntiləriniz tam doğrulmayacaq. Intellektual fəaliyyət, gələcəklə bağlı planların müzakirəsi üçün pis zaman deyil. Maliyyə və əmlak məsələlərini həll etmək olar.

Şir
Yeni tanışlıqlar məhsuldar işgüzar əməkdaşlıq və yeni tanışlıqlar istisna deyil. Günün ikinci yarısında yaradıcılıq poltensialı yüksəkdir. Ideyalar pis deyil. Qərarlarınız orijinal və məntiqli olmalıdır. Yaşamınızda köklü dəyişikliklər zamanı çatıb.

Qız
Günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri böyükdür. Yanlışlıq və səhv riski artır. Situasiya zaman keçdikcə düzələcək. Axşam saatlarına yaxın durum daha əlverişli, rahat olacaq.

Tərəzi
Yaradıcılıq potensialı artacaq. Boş vaxtınızdan mövqelərinizin möhkəmlənməsi üçün istifadə edin. Təxəyyülünüzdən yararlana bilərsiniz. Yeni romantik münasibətlərin başlanması istisna deyil. Maraqlandığınız insanla təmaslarda intuisiyanıza çox güvənməyin. Tələsməyin, aldana bilərsiniz.

Əqrəb
Vaxtınızı mənasız və boş işlərə sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün vasitələrdən yararlanın. Əvvəlki günlərdən fərqli olaraq çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanlar uğurlarınıza təəccüblənəcəklər.

Oxatan
Bədxah və rəqiblərin sizə paxıllıq etmələrindən narahat olmayın. Onlar sizə heç nə edə bilməyəcəklər. Ağıllı, maraqlı, qeyri-standart insanlarla ünsiyyət üçün əlverişli zamandır. Tanışlarınızın arasında belə adamlar yoxdursa, narahat olmayın. Müvafiq tanışlığa nail olmaq şansı yüksəkdir.

Oğlaq
Əlverişli və uğurlu gündür. Amma hadisələr istədiyiniz və gözlədiyiniz sürətlə inkişaf etmir. Qələbəyə çətinliklə nail olacaqsınız. Səy göstərməyə, ağır işə hazır olun. Nəticələr sizi pərişan eməyəcək. Məmurlarla təmaslar, dövlət qurumlarının nümayəndələri ilə əlaqələr üçün əlverişli gündür.

Dolça
Işdə irəliləyiş və ya maaş artımına çalışın. Aldığınız təklifləri diqqətlə nəzərdən keçirin. Şəxsi münasibətlər baxımından neytral gündür. Situasiyada dəyişikliklər istəyirsinizsə, təşəbbüskar olun.

Balıqlar
Çox uğurlu gündür. Başladığınız işləri başa vurmağa çalışın. Ənənələri pozmaq, bildiyiniz kimi davranmaq olar. Yaxın ətrafınızdakı insanlar sizi təqdir etməsələr də, yolunuzdan sapmayın. Dostlar və müttəfiqlər sizdən yardımlarını əsirgəməyəcəklər. Amma onların dəstəyi olmadan da məqsədlərinizə çata bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.