03.08.2020 Gündəlik Bürclər (3 Avqust 2020)

02 Ağustos 2020
4 166
0
03.08.2020 Gündəlik Bürclər (3 Avqust 2020)
Qoç – sərvaxt davranın. Haqqınızda şayiələrin yayılmasına, böhtanların çoxalmasına imkan verməyin. Işdə və evdə mübahisələr, fikir ayrılıqları olsa da, münaqişənin yaranmasına imkan verməyin. Yaşam potensialınız yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Buğa – yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər zamanıdır. Əhvalınızı pozan, mənfi energetikalı insanlarla təmasları minimuma endirin. Sürəkli şəkildə sizi tənqid edən ancaq çatışmazlıqlarınız və nöqsanlarınızdan danışan insanlardan uzaq olun.

Əkizlər – son vaxtlar sizi narahat edən məsələləri rəhbərliklə müzakirə edin. Cavab sizi qane etməsə belə, düzgün qərar qəbul etməyə imkan verən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında aktiv çalışın. Axşam saatlarını evdə keçirin, yaxınlarınıza vaxt ayırın. Dəvət aldığınız tədbirlərdən imtina edin. Yeni tanışlarla ehtiyatlı davranın.

Xərçəng – maraqlı və mühüm işə başlamaq üçün münasib zamandır. Uzun müddət çalışacağınız genişmiqyaslı layihəyə başlamaq olar. Etibarlı müttəfiqlər tapacaq, çoxdankı işgüzar tərəfdaşlarla münasibətləri bərpa edəcəksiniz.

Şir – yeni işə başlamaq, çoxdan sizi cəlb edən sahədə qüvvələri sınamaq üçün yararlıdır. Səfər və ya səyahət üçün pis zaman deyil. Alış-verişdə arzuladığınız əşyanı ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə başlayın. Olayların sərfəli axarından yararlanın.

Qız – mənfi təmayüllərin təsiri artsa da, nikbin olun. Kiçik problemlərə fikir verməyin. Məqsədə doğru hərəkəti davam etdirin. Hədəfləriniz yaxın ətrafınızdakı insanlara illüziya təsiri bağışlasa da, geri çəkilməyin.

Tərəzi – alış-verişdə çox pul xərləməyin. Tamamilə gərəksiz əşya almaq riski çoxdur. Axşam saatlarına yaxın işgüzar fəallıq səviyyəsi aşağı düşəcək. Süst olmayın, aktiv olun.

Əqrəb – ehtiyatlı olun. Olaylar istədiyiniz istiqamətdə inkişaf etməsə də, situasiya az sonra dəyişəcək. Sadəcə, bir qədər gözləmək gərəkdir. Işdə rəhbərliklə mühüm məsələləri müzakirə etməyin. Ümumiyyətlə, rəhbərlikdən uzaq durun. Mövqe və baxışlardakı fərqlər münaqişə yarada bilər.

Oxatan – hadisələrin məcrasına təsir imkanlarına malik nüfuzlu insanla tanış ola bilərsiniz. Günün ikinci yarısı şəxsi münasibətlər üçün yararlıdır. Yaxınlarınızı anlamağa çalışın. Dəyər verdiyiniz insanlarla dil tapın. Sevdiyiniz insana axşam saatlarında sürpriz edə bilərsiniz.

Oğlaq – qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

Dolça – qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

Balıqlar – uğursuz gün olsa da, narahat olmağa, təşvişə düşməyə dəyməz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Səbrli və qayğıkeş olun, təmkinli davranın. Təxribatlara uymayın. Formalaşmış ənənələr və qaydalar çərçivəsindən kənara çıxmamağa çalışın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.