13.08.2020 Gündəlik Bürclər(13 Avqust 2020)

12 Ağustos 2020
3 679
0
13.08.2020 Gündəlik Bürclər(13 Avqust 2020)
Qoç – uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin. Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz.

Buğa – işdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır. Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın.

Əkizlər – bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin. Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. Işdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın. Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər.

Xərçəng – gün uğursuz başlanır, ciddi problemlər yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə yaratmayın. Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. Ilk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.

Şir – üstün cəhətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə ilə yanaşmayacaqlar.

Qız– alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın.

Tərəzi – münaqişələri yatırın, müttəfiq qazanın. Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar.

Əqrəb – kiçik uğurlara rəğmən, gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin. Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. Işdə ciddi problemin yaranması istisna deyil.

Oxatan – işə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər. Lakin ciddi nəticələrə əsla bel bağlamayın.

Oğlaq – çətin gündür. Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın ətrafınızdakı insanlardan yardım gözləməyə dəyməz və bunu əla anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə çalışır.

Dolça – böyük qələbələr əldə etməyin çətinliyini dərk edirsiniz. Intuisiyanız sizi aldatmır. Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir.

Balıqlar – bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın. Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.