16.08.2020 Gündəlik Bürclər(16 Avqust 2020)

15 Ağustos 2020
3 289
0
16.08.2020 Gündəlik Bürclər(16 Avqust 2020)
Qoç – bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, görüşlər, tələsik işlərlə zəngin olacaq. Ötən həftədən qalmış işi başa vurun. Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.

Buğa – dəyər verdiyiniz insanlarla münasibətlərinizin korlamayın. Inadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb axtarmayın.

Əkizlər – uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın.

Xərçəng – oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin.

Şir – planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız. Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin. Axşam saatlarında Dincəl. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.

Qız – yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. Işdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.

Tərəzi – peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz. Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın.

Əqrəb – yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı həyatınıza təsir edəcək.

Oxatan – çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin. Səmimi, qayğıkeş olun.

Oğlaq – təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin. Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin.

Dolça – sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər. Sağlam məntiqi unutmayın.

Balıqlar – qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur. Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.