22.08.2020 Gündəlik Bürclər (22 Avqust 2020)

21 Ağustos 2020
3 484
0
22.08.2020 Gündəlik Bürclər (22 Avqust 2020)
Qoç
Günün ilk yarısında münaqişə riski artacaq. Inciklik, günah hissi, arzulanmamış arzular və ümidlər istisna deyil. Hər şey çox sərt, aqressiv, dar çərçivədə olan nəsnələr təsiri bağışlamasın.

Buğa
Maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür.

Əkizlər
Liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.

Xərçəng
Günün ilk yarısı qarışıq və gərgin vaxtdır. Mühüm olaylar diqqət tələb edir. Dəyişikliklər və yeniliklərdən qorxmayın. Fəaliyyət obyektinizin rekonstruksiyaya ehtiyacı var. Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını hazırlayın.

Şir
Nüfuzlu insanlarla münasibətlərdə sərtlik yaratmayın. Təzyiqə məruz qala bilərsiniz. Yaxın ətrafınızdakı insanların tələbkarlığı sizin rahat çalışmağınıza maneələr yaradacaq. Səbrli, təmkinli davranıb vəziyyətdən çıxış yolu arayın. Günün ikinci yarısında güzəştlərə meylli olun, tam müstəqilliyə can atmayın.

Qız
Imicdə zəruri dəyişikliklər barədə düşünməyin vaxtıdır. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Bütün müşküllərə, problemlərə rəğmən pozitiv olun. Maliyyə məsələləri izafi diqqət tələb edir.

Tərəzi
Uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. Işlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir. Inadınız və iradəniz sonucsuz qalmayacaq.

Əqrəb
Yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün.

Oxatan
Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir. Şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq. Axşam saatlarında qəfil görüş ola bilər.

Oğlaq
Adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər.

Dolça
Məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Köhnə layihələrdən birinin tamamlanması və uğurla başa çatdırılması üçün münasib zamandır. Indiki dəyişikliklər pespektivdə yaxşı nəticələr verə bilər. Şərik və ya tərəfdaşları diqqətlə dinləyin. Axşam saatlarına yaxın yaxşı məsləhətlər ala bilərsiniz.

Balıqlar
Təkbaşına çalışın, müstəqil olun və fəaliyyət arealınızı kənar müdaxilələrdən qoruyun. Hadisələri, sözləri, işarələri yanlış qiymətləndirməyin. Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin. Axşam saatlarında normal dincəlin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.