24.08.2020 Gündəlik Bürclər (24 Avqust 2020)

23 Ağustos 2020
3 566
0
24.08.2020 Gündəlik Bürclər (24 Avqust 2020)
Qoç
Günün emosional fonu gərgindir, siz əsəbi və narahatsınız. Ətrafınızdakılarla ümumi dil tapmaq çətindir, ailə üzvləri və yaxınlarınızla fikir ayrılığı yaranır. Insanlar sizə nə qədər çox maraq göstərirlərsə, bir o qədər çox əsəbiləşirsiniz.

Buğa
Cari məsələlərin həlli üçün münasib gündür. Darıxmağa vaxtınız yoxdur, çünki problemlər müntəzəm olaraq peyda olacaq. Qeyri-standart situasiyalarda isə inandığınız bir şəxsin məsləhətlərindən istifadə edin. Bir çox Buğalar üçün belə şəxs ya sevgililəri, ya da yaxın qohumları ola bilər.

Əkizlər
Günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq. Özünüzü ələ alın, soyuqqanlı olun, yoxsa bu şəraitdən çıxmaq çətin olacaq.

Xərçəng
Şəxsi həyatında dəyişiklik etmək istəyənlərin bu gün xoşuna gələcək. Arzuların həyata keçməsi üçün xüsusi bir şey etmək lazım deyil – uğur özü qarşınıza gəlir. Bir çox “Xərçəng”lər bu gün düşünülməmiş, amma yerində və düzgün qərar verəcəklər.

Şir
Qeyri-adi, heyrətamiz hadisələr baş verəcək. Həyat tamamilə başqa bir axarla davam edir və bundan qorxmaq lazım deyil. Öz intuisiyanıza güvənin, məhz o, sizə dəyişikliklərə necə uyğunlaşmağı diktə edəcək. Bir dəqiqə də olsun, özünüzə inamınızı itirməyin. O, nəinki sizə uğur gətirəcək, həmçinin qarşı cinsin nümayəndəsinin diqqətini də cəlb edəcək.

Qız
Tanışlarınızın əksəriyyəti bu gün yeni eşqə düşəcək. Ehtiraslı və başgicəlləndirən roman yaddaqalan olacaq. Təsadüfi deyil “Qız” macəra ovuna çıxıblar, ovları da öz ayaqları ilə hüzurlarına gəlir.

Tərəzi
Maliyyə problemləri mümkünür. Düzdür, çox pul itirməyəcəksiniz, amma onlar lazım olan anda əlinizdə olmayacaq. Ola bilər ki, uğursuz alış-veriş edəsiniz.

Əqrəb
Həyatınızda gözlənilməz dəyişikliklər baş verir, hadisələrin adi axarı dəyişir, yoxlanılmış üsullar artıq kara gəlmir. Təcili nəsə yeni bir çıxış yolu tapmalısınız, amma siz çaşqınlıq içərisindəsiniz və yaxşı ideyalar bu gün ağlınıza gəlmir. Sizin bütün həyatınızdan xəbəri olan bir şəxslə məsləhətləşməyiniz vacibdir.

Oxatan
Istənilən iş bu gün faydalı olacaq. Intellektual potensialınız yüksəkdir. Bu, ən mürəkkəb məsələləri həll etməkdə sizə kömək edəcək. Siz şəksiz lidersiniz, bunu bu gün görüşəcəyiniz bütün şəxslər sezərək qiymətləndirəcəklər. Özünüzə həmfikir ordusu toplayaraq hansısa yaradıcı layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz.

Oğlaq
Ideyalarınız nə qədər cəsarətlidirsə, başqalarının təqdirini qazanmaq şansları da bir o qədər çoxdur. Başqa insanları da diqqətdən kənarda saxlamaq istəmirsiniz. Bir çox “Oğlaq”larda başqalarına yardım etmək həvəsi güclənəcək. Ictimai və siyasi fəaliyyətə maraq da artacaq.

Dolça
Sərbəstlik və azadlıq istəyi çoxalır və bu hisslər bir çox Dolçaları düşünülməmiş addımlar atmağa vadar edir. Köhnə əlaqələrin qırılması ehtimalı var, özünüzə ən yaxın bildiyiniz biriylə də qarşılıqlı anlaşma itə bilər. Sövdələşmələr, irihəcmli müqavilələrin bağlanması üçün uyğun gündür. Əntiq mallar, zərgərlik əşyaları ala bilərsiniz.

Balıqlar
Bu gün sürpriz qonaqlıqlar günüdür. Ola bilsin heç gözləmədiyiniz adamlar sizə qonaq gəlsinlər, yaxud da siz kimisə ziyarət etməyə qərar verəsiniz. Rahat, qeyri-formal şəraitdə istənilən problemi, istirahət planlarından tutmuş biznes-layihələrədək bir çox məsələni müzakirə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.