25.08.2020 Gündəlik Bürclər (25 Avqust 2020)

24 Ağustos 2020
3 556
0
25.08.2020 Gündəlik Bürclər (25 Avqust 2020)
Qoç – rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən nəşrin. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.

Buğa – maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.

Əkizlər – yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincə. Günün ilk yarısında həssas olun. Ideya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.

Xərçəng – rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın. Yeni tanışlıqlar üçün pis vaxt deyil. Fəqət yeni münasibətilərdə romantika axtarmayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Şir – səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. Insanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.

Qız – əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.

Tərəzi– adi günlərdən fərqli olaraq, daha çox yorulacaq. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.

Əqrəb – mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar. Insanların gur olduğu yerə yollanmayın.

Oxatan – sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə məşğul olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar əldə etmək, təcrübəli insanlarla bir araya gəlmək şansları var. Eksperimentlərdən, risklərdən qorxmayın. Yeni metodları sınaqdan keçirin. Bu minvalla yaxşı nəticələr əldə edə bilərsiniz.

Oğlaq – yaxınlarınız sizdən diqqət tələb edəcəklər. Onlarla münasibətləri sərinləşdirməyin. Yardıma ehtiyacı olan insana kömək edin. Mükafat və ya minnətdarlıq gözləməyin.

Dolça – günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə edin. Önəmli irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı olun. Rəqib və bədxahlar sayı artacaq, onlar daha məkrli olacaqlar.

Balıqlar – mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin. Günün ikinci yarısında işdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur. Istənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.