27.08.2020 Gündəlik Bürclər (27 Avqust 2020)

26 Ağustos 2020
3 734
0
27.08.2020 Gündəlik Bürclər (27 Avqust 2020)
Qoç
Tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək. Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın.

Buğa
Kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanları olan insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Adi işlərlə məşğul olun.

Əkizlər
Sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun.

Xərçəng
Gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.

Şir
Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Enerji qıtlığından şikayətlənmək üçün heç bir səbəb yoxdur. Ağır problemlərin həlli üçün təmkinli davranın. Yaşlı qohumlarınızın qeydlərinə, iradlarına və məsləhətlərinə qulaq asın. Axşam saatlarında normal istirahət edin.

Qız
Sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.

Tərəzi
Tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq. Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.

Əqrəb
Nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.

Oxatan
Intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir. Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.

Oğlaq
Qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. Ideyalarınız çoxlarını maraqlandıra bilər.

Dolça
Iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. Imiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.

Balıqlar
Yeniliklərlə ehtiyatlı olun. Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.