14.09.2020 Gündəlik Bürclər (14 Sentyabr 2020)

13 Eylül 2020
3 855
0
14.09.2020 Gündəlik Bürclər (14 Sentyabr 2020)
Qoç - Daha bir səmərəli gün yaşayacaqsınız. Astroloji göstəricilər hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.

Buğa - Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın.

Əkizlər - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.

Xərçəng - İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.

Şir - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.

Qız - Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz, ələlxüsus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.

Tərəzi - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Bu istiqamətdə hər bir mümkün variantdan yararlanın.

Əqrəb - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən, məsuliyyətli işlərdən uzaq durmalısınız. Günün ikinci yarısını gəzintilərə həsr edin.

Oxatan - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Sağlıq durumunuza fikir verin, əsəblərinizi qoruyun.

Oğlaq - Hələ də böyük planlarınızın reallaşmaması daxili gərginliyinizi artıra bilər. Buna baxmayaraq, özünüzdə təmkin tapıb Ulu Yaradana ümid bəsləyin. Uzaq səfərə çıxmaq olar.

Dolça - Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Dostlarınıza qarşı soyuqlaşmayın.

Balıqlar - Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.