18.09.2020 Gündəlik Bürclər (18 Sentyabr 2020)

17 Eylül 2020
4 445
0
18.09.2020 Gündəlik Bürclər (18 Sentyabr 2020)
Qoç
Narahat gündür. Əsəb gərginliyi keçirəcəksiniz. Bu da əhvalınızın korlanmasına səbəb ola bilər. Yaxşı olar ki, özünüzü artıq stresdən qoruyasınız. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər.

Buğa
Güclü müşahidə qabiliyyətiniz dadınıza çatacaq və gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda, münaqişə qaçılmazdır.

Əkizlər
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Xərçəng
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil.

Şir
Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq. Qiymətli əşyanı itirmək təhlükəsi də var.

Qız
Müdiriyyət sizin zəhmətinizi mükafatlandıracaq. Bundan bəziləri qıcıqlanacaq. Sizinlə bağlı söz-söhbətlər gəzə bilər. Bunlara əhəmiyyət verməyə dəyməz.

Tərəzi
Yorğun iş həftəsindən sonra dincələ bildiniz. Bu da sizin yenidən gərginliyə hazır olduğunuzdan xəbər verir. Işdə yeni nailiyyətlər sizi gözləyir. Zəhmətinizin bəhrəsini görəcəksiniz.

Əqrəb
Son günlər bəzi adamlarla aranızda incikliklər olub. Bunu özünüzə çox da dərd etməyin. Anlaşılmazlıqlar oratadan qalxacaq. Səbrli olun, yetər.

Oxatan
Gündəlik işlərdən yorulursunuz. Həyatınıza yeni dəyişiklik gətirmək arzusundasınız. Ulduzlar arzulanan günün yaxın gələcəkdə reallaşacağını bildirir.

Oğlaq
Yeni informasiya əldə etmək, mütaliə etdiklərinizi mənimsəmək baxımından məhsuldar gündür. Bürcün ali təhsil alan və ya elmi işlə məşğul olan nümayəndələri bu gündən səmərəli istifadə edə bilərlər.

Dolça
Keçən həftə iştirak etdiyiniz mötəbər tədbirlərdən sonra xəyallar qanadındasınız. Gördüklərinizin hamısı sizin üçün yuxu kimidir. Yaxşı olar ki, real həyata bağlanasınız. Bu gedişlə məqsədə çatmaq olmaz.

Balıqlar
Işləriniz yavaş-yavaş qaydasına düşür. Bu yaxınlarda dostların əhatəsində, şən məclisdə olacağınız gözlənilir. Əylənməyə dəyər, bu yolla işin yükünü az da olsa çiyinlərinizdən atarsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.