10.10.2020 Gündəlik Bürclər (10 Oktyabr 2020)

09 Ekim 2020
2 941
0
10.10.2020 Gündəlik Bürclər (10 Oktyabr 2020)
Qoç
Çox məsuliyyətli işləri boynuna götürmək şəxsi həyatınızla əlaqədar problemlərə səbəb ola bilər. Yaşananlara fərqli baxışlarla baxmaq müsbət variantları seçməyinizi təmin edə bilər.

Buğa
Şansın sizdən yan olduğu gündür. Digərlərinin etdiklərinə və söylədiklərinə daha çox diqqət yetirmənizdə fayda var. Maraq göstərdiyiniz sahələri qoruyun və özünüzü etibarlı əllərdə hiss etdiyiniz yerlərdən ayrılmayın.

Əkizlər
Sizə kömək etmək istəyənlər olacaq. Məlumat toplamanızı təmin edəcək görüşmələrdən imtina etməyin. Şəxsi həyatınızı və ya maddi vəziyyətinizi maraqlandıran mövzulara diqqət ayırın. Tədbirli davranmanız istədiyinizi almağa şərait yaradacaq.

Xərçəng
Bəzi təkliflər gözlənilir. Yarımçıq qalmış işləri tamamlamaq istəyəcəksiniz. Bu məqsədlə yardım istəyəcəyiniz də istisna deyil. Yanlış anlamaların işlərinizi qarışdırmanıza imkan verməyin.

Şir
Arxa planda sizə dəstək verən pərəstişkarlarınız olduğunu bilməlisiniz. Büdcənizə sadiq qalın, pulu boş yerə xərclənməyin. Cazibədarlığınız daha yaxşı bir mövqedə durmağa zəmanət verə bilər.

Qız
Gününüzü sizi xoşbəxt edəcək, yeni müttəfiqlər gətirəcək qənaətbəxş işlərə ayırmalısınız. Romantizm müəyyən əlaqələrinizi gücləndirə bilər. Bir plan və ya görüş müəyyən mövzuların inkişafında təsirli olacaq.

Tərəzi
Yeni ortaya çıxan bir təklif əvvəldən qurduğunuz planlarda dəyişiklik edilməsini tələb edəcək. Professional əlaqələrinizdə araşdırma aparmağın faydasını görərsiniz. Romantik münasibətdə isə çətinliklər yarana bilər.

Əqrəb
Mükəmməllik axtarışında olmalısınız. Cazibədarlığınız diqqət çəkmənizi və eşq həyatınızın canlanmasını təmin edəcək. Romantizmə zaman ayırmanız stressi azalda bilər.

Oxatan
Ticarət və ya romantik əlaqəniz tamamilə sizin faydanıza dəyişəcək və inkişaflar sizin üçün sürpriz olacaq. Tuta bilməyəcəyinizi vəd etməyin. Çaşqın vəziyyətdə qala bilərsiniz.

Oğlaq
Işgüzar həyatınıza və ya imicinizə təsir edəcək addımlar atacaqsınız. Diqqətli olun, ani reaksiyaların nəticəsi zərərverici ola bilər. Ətrafınızda yaşanan hadisələri düzgün qavramaq üçün daha çox sual verməyə ehtiyacınız var.

Dolça
Işlərinizin qarşılığını ala biləcəksiniz. Mövcud mövqenizi qorumalısınız. Sahib olduğunuz şeyləri qorumaq üçün səbirli və anlayışlı olmalısınız. Duyğularınızı və ya hirsinizi bildirməniz sizin əleyhinizə işləyə bilər.

Balıqlar
Bəzi kəslərin verəcəyi reaksiyalardan əminsinizsə, bir daha düşünməlisiniz. Nəticələr düşündüyünüzdən fərqli ola bilər. Digərlərinin nələr etdiyini görmək üçün gözləməyin. Liderlik mövqeyini kənara qoyub izləyənlər cərgəsində durmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.