14.10.2020 Gündəlik Bürclər (14 Oktyabr 2020)

13 Ekim 2020
3 186
0
14.10.2020 Gündəlik Bürclər (14 Oktyabr 2020)
Qoç
Istər işgüzar, istərsə də şəxsi işləriniz qaydasında olacaq. Gücünüzə qənaət etmək üçün fiziki işi minimuma endirmək təklif edilir. Yeni layihələrə başlamaq, işgüzar səfərə çıxmaq üçün münasib gündür.

Buğa
Bəzi problemləri həll edəcəksiniz. Məntiqlə düşünməyi bacarsanız yarımçıq qalmış məsələləri tamamlayarsınız. Gün təmir və ya təmizlik işləri aparmaq baxımından məhsuldar olacaq.

Əkizlər
Maddi baxımdan irəli getmək fikri başınızdan çıxmır. Yeni gəlir mənbəyinə sahib olmaq istiqamətində çalışmalarınızı davam etdirəcəksiniz. Ulduzlar yaxın vaxtlarda glirinizin olacağından xəbər verir.

Xərçəng
Sakitliyə can atırsınız, ancaq buna nail olmaq asan olmayacaq. Gün bir sıra sürprizlər gətirəcək. Xoşagəlməz olaylar da istiisna deyil. Təəssüf ki, günün maliyyə mənzərəsi yaxşı olmayacaq.

Şir
Bayrama həvəslə hazırlaşırsınız. Ulduzlar belə nikbin notlarda qalmağı məsləhət görür. Pozitiv enerjiniz yaxın ətrafınıza da sirayət edəcək. Xoş sürprizlər istisna deyil.

Qız
Bu gün işdəki münasibətlərinizə diqqət yetirin. Həyatınızı çətinləşdirən vərdişlərdən əl çəkin. Gələcək səfərlərinizi planlaşdırın. Ən yaxın adamınız xoş sürprizlə sizi sevindirə bilər.

Tərəzi
Ailə-məişət məsələlərini təklikdə həll etməyin. Bütün məsuliyyəti üzərinizə götürmək məsələlərin həlli demək deyil. Kommersiya işləri ilə bağlı vacib qərarlar qəbul etmək üçün münasib gün deyil.

Əqrəb
Sevdiyiniz işlə məşğul olmaq imkanı yaranacaq. Gününüzü maraqlı keçirməyi bacarın. Bu gün hamı ilə dil tapacaqsınız. Dostlarla ünsiyyətdən xüsusi zövq alacaqsınız.

Oxatan
Bürcün bir çox nümayəndələri yeni əyləncə səbəbilə iş yerlərini dəyişmək fikrinə düşəcəklər. Ulduzlar iş istiqamətdə tələskənliyə yol verməməyi məsləhət görür.

Oğlaq
Sakit gündür. Adi, gündəlik işlərlə məşğul olacaq, vaxtınızın nə vaxt keçdiyindən bixəbər olacaqsınız. Axşam saatlarını ailəiçi söhbətlərə həsr edin.

Dolça
Boş vaxtınızı səmərəsiz işlər sərf etməyin. Vacib işlərin həllini ikinci plana atmaqla özünüzə zərbə vurursunuz. Yorğun olandan sonra işlər də yarımçıq qalacaq.

Balıqlar
Ürəyinizdən sürpriz edərək ailə üzvlərinizi sevindirmək keçəcək. Düzdür, bəzi problemlər istisna deyil. Buna baxmayaraq, siz məqsədli şəkildə arzunuzu realaşdırmağı bacaracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.