17.10.2020 Gündəlik Bürclər (17 Oktyabr 2020)

16 Ekim 2020
3 488
0
17.10.2020 Gündəlik Bürclər (17 Oktyabr 2020)
Qoç
Gün qeyri-adi və maraqlı məşğuliyyət üçün yararlıdır. Günün maliyyə mənzərəsinə gəlincə, pul lazım olduğu qədər olacaq, artıq gözləməyin. Ulduzlar bildirir ki, yaxın zamanlarda maddi vəziyyətinizi yaxşılaşdıracaqsınız.

Buğa - düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.

Əkizlər - təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin. Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun.

Xərçəng - emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.

Şir - Ətrafınıza nəzər yetirin. Çünki başınız öz işlərinizə qarışıb və nəticədə rəğbət bəslədiyiniz adamla münasibətləri itirmək təhlükəsilə üzləşmisiniz. Şəhərdən kənar gəzinti üçün münasib gündür. Yeni tanışların evinə də qonaq getmək olar.

Qız - təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.

Tərəzi - Çətin işlərdən qorxmayın, onların öhdəsindən yaxşı gələcəksiniz. Əhatənizdə elə adamlar toplaşıb ki, onlarla sevincinizi və kədərinizi paylaşa bilərsiniz. Yetər ki, siz onlardan yardım diləyəsiniz, onlar kömək əllərini uzatmağa hazırdırlar.

Əqrəb - Başladığınız işləri tamamlaya biləcəksiniz. Gözlədiyinizdən də əla nəticə alınacaq. Ətrafdakılar sizdən mülayim, xoş sözlər gözləyirlər. Bunu onlardan əsirgəməyin. Romantik münasibətə gəlincə, qısqanclıq və ya təlaşlanmaq üçün heç bir zəmin olmayacaq.

Oxatan - Əgər bu gün səyahətə çıxsanız, yadda qalan təəssüratla qayıdacaqsınız. Vacibliyindən asılı olmayaraq, hansısa problemi özünüzə dərd etməyin. Ulduzlar bildirir ki, bürcün tənha mənsublarının yarları yanlarında gəzir, onlar isə bundan xəbərsizdirlər.

Oğlaq - Bir zamanlar həyatınızda vacib rol oynamış şəxslərlə ünsiyyət baxımından əlverişli gündür. Yaxşı olar ki, maliyyə çətinliyi yaşadığınız zamanlarda dostlardan yardım istəyəsiniz. Onlar sizə borc verməklə yanaşı, pul qazanmağın yollarını da öyrədəcəklər.

Dolça - günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.

Balıqlar - yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.