20.10.2020 Gündəlik Bürclər (20 Oktyabr 2020)

19 Ekim 2020
2 583
0
20.10.2020 Gündəlik Bürclər (20 Oktyabr 2020)
Qoç
Ev və ailə ilə bağlı xərclər arta bilər. Qarşılıqlı münasibətlərdə yeni dəyişikliklər gözlənilir. Psixoloji çətinlik olan gündür. Həssas davranın.

Buğa
Evdə dəyişikliklər ola bilər. Yeni işə başlamamışdan əvvəl yaxşı məlumat toplayın. Bu gün fiziki işin faydasını görəcəksiniz. Bir balaca soyuqqanlı olmağa çalışın.

Əkizlər
Qəfildən planlarınızda dəyişiklik etməyə məcbur olacaqsınız. Gərgin məsələləri həll etməyə səy göstərməyin. Bunun üçün sakit şəraitin olmasını gözləyin. Səbrli olun.

Xərçəng
Məqsədə yaxınlaşdıra biləcək istənilən iş üçün uğurlu gündür. Mövcud imkanlardan maksimum faydalanmağa çalışın. Yeni müttəfiq arayın. Maliyyə məsələlərini müzakirə etmək olar.

Şir
Bu gün sizinlə dil tapmaq asan olmayacaq. Səbrsiz, əsəbi olacaqsınız. Ətrafdakıların adi tənqidlərinə çox kəskin reaksiya verəcəksiniz. Günün müsbət tərəfi odur ki, ciddi və çətin işlə məşğul olmaq mümkündür.

Qız
Sevdiyiniz insanla yaxşı dil tapacaqsınz. Digər tərəfdən, yaxınlarınızla məsləhətləşərək problemlərinzi həll edəcəksiniz. Yaxın ətrafınıza ümid verəcəksiniz.

Tərəzi
Bu gün səhhətinizə fikir verin. Günün ikinci yarısında ev işləri diqqət tələb edəcək. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Emosiyalara aldanmayın.

Əqrəb
Bu gün yarımçıq iş saxlamayın. Bu səbəblə gərgin işə hazır olun. Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır. Axşam saatlarında dincəlin.

Oxatan
Gərgin gündür. Bu gün yeni işə başlamayın. Fiziki iş, idmanla məşğul olmaq olar. Ancaq ekstremal əyləncə seçməyin. Axşam saatlarında dostlarla görüşmək olar.

Oğlaq
Bu gün yeni işlərə başlamayın. Düzgün yolda olmamaq riski var. Gərginlik getdikcə artacaq. Siz nə qədər səy göstərəcəksinizsə, işlər bir o qədər də pisliyə doğru gedəcək.

Dolça
Tələsik və emosional qərarlar verməyin, yol verdiyiniz səhvləri düzəldin. Axşam saatlarında dostlarla görüşün, gəzintiyə çıxın. Söhbət zamanı gələcək planları müzakirə edin.

Balıqlar
Bu gün mümkün qədər çox iş görməyə çalışın. Tənbəllik düşməninizdir. Maraqlı əməkdaşlıq gözlənilir. Yeniliklər üçün yaxşı vaxtdır. Axşam saatları görüş, istirahət zamanıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET