22.10.2020 Gündəlik Bürclər (22 Oktyabr 2020)

21 Ekim 2020
2 529
0
22.10.2020 Gündəlik Bürclər (22 Oktyabr 2020)
Qoç
Diqqətli və ehtiyatlı olun. Çətin gündür. Tələyə düşmək ehtimalı böyükdür. Işgüzar partnyorlarla aranızda konfliktlər yaşana bilər. Uzunmüddətli planların qurulması üçün münasib gün deyil.

Buğa
Həyat eşqiniz sönük olacaq. Bu səbəbdən əhvalınızın yaxşı olmayacağı gözlənilir. Spirtli içkilərdən uzaq durun. Xroniki xəstəliyin baş qaldıracağı bildirilir. Zədə almaq təhlükəsi də var. Bürcün nümayəndələri çox sevdikləri adamla dalaşacaqlar.

Əkizlər
Mebel kimi böyük məbləğli alış-veriş üçün əlverişli gündür. Yaxınlarınız sizə xoş olmayan sürpriz edəcəklər. Sizin üçün əziz olan adamdan həyəcanverici xəbər eşidəcəksiniz. Təlaşa düşməyin, problemləri yoluna qoyacaqsınız.

Xərçəng
Istənilən, hətta ən əhəmiyyətsiz problemin həllinə çox enerji sərf etməklə yanaşı, həm də vaxtınızın çox hissəsi gedəcək. Uzaq qohumlarla, həmkarlarla münasibətdə problemlər yaşanacaq. Ən xırda detalların incəliyinə varsanız, günün neqativ tendensiyalarına qalib gələ bilərsiniz.

Şir
Bürcün nümayəndələri elə bir situasiyaya düşəcəklər ki, ondan asanlıqla çıxmaq mümkün olmayacaq. Gün gözlənilməz olaylar və xəbərlər gətirəcək. Arzu və hisslərinizdə qarışıqlıq yaşayacaqsınız. Axşam saatlarında baş ağrıları ola bilər və yuxusuzluq da istisna deyil.

Qız
Günü şəxsi məsələlərə, xüsusilə romantik görüşə həsr edin. Xoş anlar yaşayacağınız istisna deyil. Təəssüf ki, işgüzar baxımdan sevindirici xəbər olmayacaq. Eyni zamanda, maddi vəziyyətinizin yaxşılaşacağına da ümid bəsləməyin.

Tərəzi
Uğur gözləməyin. Istədiyinizə çatmaq üçün çox səy göstərməli olacaqsınız. Danışıqlar aparmayın, sonu mübahisə ilə bitə bilər. Yaxın ətrafınıza qarşı çox tələbkar olmayın. Bununla belə, onların lazım olduğundan artıq “üz göstərməyin”.

Əqrəb
Bir çox işlərdə uğur qazanacaqsınız. Bu da işgüzar məsələlərdə olduğu kimi, maliyyə məsələlərində də səliqə-sahman yaradacaq. Vacib sənədlərə bu gün imza atmayın. Çünki bu gün fikriniz dağınız olacaq. Tənha qalmayın, sizi qara fikirlər bürüyə bilər. Bu da əhvalınıza mənfi təsir göstərəcək.

Oxatan
Gərgin gün olacaq. Bir-birilə əlaqəsi olan hadisələr yaşanacaq. Ətrafdakılara ümid bəsləməyin, çünki ümidiniz puça çıxa bilər. Yaxın ətrafla mübahisədən qaça biləcəksiniz. Ulduzlar bu müstəvidə münaqişənin yaşanmaması üçün gərgin proseslərin yaşandığı mühitdən kənarda durmağı tövsiyə edir.

Oğlaq
Çox işin öhdəsindən gələcəksiniz. Günorta uzaqdan xəbər alacaqsınız. Gözlənilməz görüşə, bir sözlə, əziz qonağın gəlişinə hazır olun. Yeni işə qorxusuz və tərəddüd etmədən girişə bilərsiniz. Yaradıcı fəaliyyət üçün axşam saatları münasibdir.

Dolça
Səbrli olun, yeni işlərin başlanğıcı üçün heç münasib gün deyil. Partnyorlarla apardığınız danışıqlar nəticəsiz ola bilər. Yaxşı olar ki, bu gün ünsiyyət dairənizi məhdudlaşdırasınız. Ailə üzvləri, dostlarla vaxt keçirin.

Balıqlar
Sakit, ancaq məhsuldar gündür. Bir sıra xoşagəlməz hadisələrin yaşanacağı da istisna edilmir. Amma bununla belə, maddi durumunuzu və ətrafdakılarla münasibətinizi möhkəmləndirə biləcəksiniz. Nüfuzunuz yüksələcək, hamı sizin dediklərinizlə razılaşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET