04.11.2020 Gündəlik Bürclər (4 Noyabr 2020)

03 Kasım 2020
3 845
0
04.11.2020 Gündəlik Bürclər (4 Noyabr 2020)
Qoç
Gün həyatınızda bir sıra dəyişikliklər aparmağa imkan verəcək. Ətrafınıza nəzər yetirin. Çünki başınız öz işlərinizə qarışıb və nəticədə rəğbət bəslədiyiniz adamla münasibətləri itirmək təhlükəsilə üzləşmisiniz. Şəhərdən kənar gəzinti üçün münasib gündür. Yeni tanışların evinə də qonaq getmək olar.

Buğa
Gün qeyri-adi və maraqlı məşğuliyyət üçün yararlıdır. Günün maliyyə mənzərəsinə gəlincə, pul lazım olduğu qədər olacaq, artıq gözləməyin. Qohumlardan, yaxud da sizə əziz olan bir adamdan xoş xəbər eşidəcəksiniz. Ulduzlar bildirir ki, yaxın zamanlarda maddi vəziyyətinizi yaxşılaşdıracaqsınız.

Əkizlər
Yaxşı olar ki, ənənələrə sadiq qalasınız. Əgər bu günə kimi yarınızı tapmamısınızsa, onda bunu bu gün etməyə tələsməyin. Çünki macəra axtaranların tələsinə düşmək ehtimalı var. Şəxsi müstəvidə elə bir hadisə yaşana bilər ki, siz onu heç gözləmirdiniz.

Xərçəng
Bu gün bütün işləri kənara qoyaraq istirahət etmək istəyəcəksiniz. Ulduzlar ən az vacib işləri reallaşdırmağı tövsiyə edir. Daha sonra isə özünüzə və sevdiklərinizə xoş anlar yaşadın. Nə qədər çox danışırsınızsa, bir o qədər də ətrafdakılar sizə diqqətlə qulaq asırlar. Gün ümumi və xoş rahatlıq baxımından dəyərlidir.

Şir
Gün şəxsi məsələlərlə bağlı hadisələrlə yadda qalacaq. Gün bir sıra maraqlı görüşlər vəd edir. Bürcün tənha nümayəndələrinin ətraflarına nəzər salmaları məsləhətdir. Çünki yaxşı tanlışlar arasında diqqət və məhəbbətə layiq biri var.

Qız
Günün başlanğıcında ehtiyatlı olun. Bu gün sizdən yalnız daxili sakitliyinizi tarazlayaraq gərginliyinizi ətrafdakılara bildirməmək tələb olunur. Xüsusilə də bu sevdiyiniz adamla münasibətlərdə əhəmiyyət kəsb edəcək. Gələcəyə planların pozulacağı qoxusu ilə deyil, nikbin baxa bilərsiniz.

Tərəzi
Çətin işlərdən qorxmayın, onların öhdəsindən yaxşı gələcəksiniz. Əhatənizdə elə adamlar toplaşıb ki, onlarla sevincinizi və kədərinizi paylaşa bilərsiniz. Yetər ki, siz onlardan yardım diləyəsiniz, onlar kömək əllərini uzatmağa hazırdırlar. Günün ikinci yarısı isə daha xoş tendensiyalalarla bağlı olacaq.

Əqrəb
Başladığınız işləri tamamlaya biləcəksiniz. Gözlədiyinizdən də əla nəticə alınacaq. Ətrafdakılar sizdən mülayim, xoş sözlər gözləyirlər. Bunu onlardan əsirgəməyin. Romantik münasibətə gəlincə, qısqanclıq və ya təlaşlanmaq üçün heç bir zəmin olmayacaq. İşdə və evdə mübahisə ola bilər.

Oxatan
Əgər bu gün səyahətə çıxsanız, yadda qalan təəssüratla qayıdacaqsınız. Əhatənizdəkiləri yumşaq şəkildə tənbeh etmək istəyəcəksiniz, amma əksinə alınacaq. Vacibliyindən asılı olmayaraq, hansısa problemi özünüzə dərd etməyin. Ulduzlar bildirir ki, bürcün tənha mənsublarının yarları yanlarında gəzir, onlar isə bundan xəbərsizdirlər.

Oğlaq
Uğursuz və sizin üçün maraq kəsb etməyən cansıxıcı müzakirələrlə bağlı bir gündür. Bir zamanlar həyatınızda vacib rol oynamış şəxslərlə ünsiyyət baxımından əlverişli gündür. Yaxşı olar ki, maliyyə çətinliyi yaşadığınız zamanlarda dostlardan yardım istəyəsiniz. Onlar sizə borc verməklə yanaşı, pul qazanmağın yollarını da öyrədəcəklər.

Dolça
Ailədə fikir ayrılığı, mübahisə yaşana bilər. Bunun gələcəklə bağlı planların müzakirəsində yaşanacağı gözlənilir. Ətrafdakılar sizə yardım etmək istəyir, onları rədd etməklə küsdürməyin. Narahat olmayın, kompromissə gəlmək asan olacaq. Məsuliyyətli olmağınız professional sferada səhv etməyinizin qarşısını alır.


Balıqlar
Dərhal nəticəsini ala bilməyəcəyiniz işlərlə məşğul olacaqsınız. Bu səbəbdən səbirli olun. Xırda alış-veriş üçün uğursuz gündür. Ancaq gün uzunmüddətli kredit götürmək üçün əlverişli hesab edilir. Günün bütün çətinliklərinə nikbin yanaşmağa çalışacaqsınız. Öz gücünüzə güvənmək cəsur addımlar atmağa yardımçı olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.