09.11.2020 Gündəlik Bürclər (9 Noyabr 2020)

08 Kasım 2020
3 286
0
09.11.2020 Gündəlik Bürclər (9 Noyabr 2020)
Qoç - başqalarının səhvlərindən nəticə çıxarın. Yanlışlıqlığa yol versəniz, səhvlərinizi nəzərdən keçirin. Dost ünsiyyəti və təmaslar üçün əlverişli gündür. Səfərlər planlaşdıra bilərsiniz. Səyahət və yol macərası uğurlu ola bilər.

Buğa - tənbəl və ətalətli olmayın. Başladığınız işi tamamlayın. Təmirə başlamaq, daşınmaz əmlak almaq üçün əlverişli gün deyil. Yaşam potensialı yüksəkdür. Axşam saatlarında istirahət edir.

Əkizlər - uğurlu, düşərli, məhsuldar gündür. Bir sıra işlərlə yaxşı nəticələrə nail olmaq mümkündür. Az sonra tətbiq edə biləcəyiniz önəmli məlumat alacaqsınız. İşdə həmkarlarınızla münasibətlərinizdə intensivləşmə olacaq. Peşəkar nüfuzunuz güclənəcək.

Xərçəng - günün ilk yarısı məhsuldar olacaq. Ən müxtəlif işlərin öhdəsindən uğurla gələcəksiniz. Ətrafınızdakı insanlarla asanlıqla dil tapmağa çalışın. Fikir ayrılıqları və ixtilaflar yaranarsa, diskussiyanı konstruktiv məcraya yönəldin. Münaqişələrin alovlanmasına imkan verməyin. Fəaliyyətinizin bütün sahələrində təşəbbüslər məqbuldur. Sənədlərin imzalanması, səfər və ya səyahətə hazırlıq üçün münasib zamandır. Günün ikinci yarısında ehtiyatlı olun. Səhvlərə yol verməmək üçün diqqətlə davranın.

Şir - xoş və əlverişli gündür. Çətin işin öhdəsizdən gələcəksiniz. Sizi sürprizlər və uğur gözləyir. Son vaxtlar sizi narahat edən problem həllini tapacaq. İşgüzar fəaliyyət baxımından əlverişli dönəm olmasa da, uzunmüddətli planlar qurmağa başlamaq olar. Ev işlərini görün. Yaşam arealını qaydaya salın, şəraitdə dəyişikliklər edin. Axşam saatlarında istirahət edin. Ətrafınızdakı insanlara xoş təəssüratlar da bəxş etmək olar.

Qız - yaxşı günlərdən biri deyil. Qıcıq yaradan və sinirləndirən məqamlar çoxdur. Amma yaxşı xəbər də var: əhvalınıza özünüz təsir edin, pozitiv olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizi şənləndirməyə çalışırlar. Onların səylərinə azacıq da olsa, reaksiya verin. Hirslənməyin. Günün ikinci yarısında əsəbi davransanız və sərt danışsanız, sonradan acı fəsadlarla üzləşəcəksiniz. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Alış-verişdə bədxərclik etməyin. Sizi məntiqsiz xərclərdən çəkindirə biləcək insan yanınızda olmalıdır.

Tərəzi - uğurlu, düşərli, məhsuldar gündür. Bir sıra işlərlə yaxşı nəticələrə nail olmaq mümkündür. Az sonra tətbiq edə biləcəyiniz önəmli məlumat alacaqsınız. İşdə həmkarlarınızla münasibətlərinizdə intensivləşmə olacaq. Peşəkar nüfuzunuz güclənəcək. İnformasiya, məlumat və xəbərlər almaq üçün yaxşı gündür. Maliyyə vəsaiti əldə edəcəksiniz. O pullara ehtiyacınız var. Alış-veriş üçün sərfəli vaxtdır. Yaxınlarınızla münasibətlərdə sərinləşməyə yol verməmək üçün ünsiyyəti harmonik edin. Yaşam potensialı səviyyəsi yüksəkdir. Ağrı və ya xəstəlik riski yoxdur.

Əqrəb - sakit, məhsuldar zamandır. Peşəkar fəaliyyət müstəvisində tapşırıq və sifarişlərin öhdəsindən uğurla gələcəksiniz. Təcrübə və biliyiniz gördüyünüz işə təkan verəcək.Yetərincə perspektiv layihə ilə bağlı birgə işlə nəticələnəcək danışıqların başlanması mümkündür. Uğurlarınızla fəxr edə bilərsiniz. Günün ikinci yarısında dostlar, köhnə tanışlar, uzaq qohumlardan biri ilə planlaşdırılmamış görüş mümkündür. Bütün bunlar sizi sevindirəcək, əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarını bəyəndiyiniz insanla keçirin.

Oxatan - maraqlı, qeyri-adi gündür. Həyatınızda köklü, əhəmiyyətli dəyişikliklər etmək, çoxdan bəri can atdığınız məqsədə çatmaq imkanları var. Sizə mane ola biləcək yeganə ünsür həddən artıq ətalətli və süst davranışdır. Enerjili, özünüzə əmin olun. Qətiyyətli hərəkətlər edin, qərarlar qəbul edin. Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar üçün əlverişli vaxt deyil. Axşam saatlarını yaxın dostlar və ya qohumlarla keçirin. Tünlük yerə yollanmayın.

Oğlaq - izafi işlərə başlayaraq özünüzü yormayın. Günün ikinci yarısında planlaşdırılmış şəkildə hərəkət edin. Axşam saatlarında istirahət edin. Axşam saatlarında yaşlı qohumlarınızı unutmayın. Onların diqqətinizə ehtiyacı var.

Dolça - yaxınlarınıza yardım edin. Həssas olun. Hətta kimsənin dil tapmadığı insanlarla belə, ortaq məxrəcə gələ bilərsiniz. Asanlıqla güzəştə getməyin. Çünki çox yumşaq olsanız, sonradan yerinə yetirilməsi çətin öhdəliklər məngənəsində qala bilərsiniz.

Balıqlar - bir neçə gün əvvəl əvvəl başladığınız işi başa vurun. Təxribatlara uymayın. Yeni işlərə başlamayın. İndiyədək qüvvənizi sınamadığınız sahələrdə yeniliklər etməyə cəhd göstərməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.