16.11.2020 Gündəlik Bürclər (16 Noyabr 2020)
Günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. Işdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.
Buğa
Peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. Işgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin.
Əkizlər
Münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır.
Xərçəng
Yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.
Şir
Sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.
Qız
Məsləhətlərə qulaq asın. Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz. Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq.
Tərəzi
Müzakirələrdə opponentlərinizi üstələyə bilərsiniz. Mübahisələrdə aqressivlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. Insanların gur olduğu yerlərə yollanmayın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Səhhətinizin qeydinə qalın, rasiona fikir verin.
Əqrəb
Zərərli vərdişlərdən birindən yaxa qurtarmaq üçün əlverişli zamandır. Pəhrizə başlamaq, qidalanma sistemini nizamlamaq olar. Idmanla məşğul olmağa başlaya bilərsiniz.
Oxatan
Maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Günün ikinci yarısında isə yaxınlarınızdan birinin sizə iradları olacaq. Emosional davranmayın, təmkinli olun və belədə münaqişəyə yol verməyəcəksiniz. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Sağlamlıqla bağlı kiçik problem istisna deyil.
Oğlaq
Yaxın ətrafınızda olan insanlara təsir edin. Situasiyadan yararlanaraq görüş planlaşdırın, münaqişəni çözməyə, anlaşılmazlığı aradan qaldırmağa çalışın. Axşam saatlarında eqoizmə yer olmamalıdır.
Dolça
Uğurlu gündür. Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz. Qəfil hədiyyə, təklif və ya sifariş istisna deyil. Yeni dostlar tapa bilərsiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, kreativ davranın
Balıqlar
Müstəqil fəaliyyət göstərməyə çalışın. Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.