23.11.2020 Gündəlik Bürclər (23 Noyabr 2020)

Bu gün ev işləri görmək, xırda təmirlə məşğul olmaq üçün münasibdir. Yarımçıq qalmış işlərinizi tamamlayın. Bu günün işini sabaha qoymayın. Gün istirahət, yaxınlarla ünsiyyət, qeyri-formal dost məclisləri üçün münasibdir.
Buğa
Təhsildə uğurlar gözlənilir. Mötəbər şəxslərdən əməkdaşlıq təklifi gələ bilər. Axşam saatlarında istirahət edin ki, sabahkı günə gümrah başlayasınız.
Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istisna olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.
Əkizlər
Sevdiyiniz şəxslə aranızdakı münasibətlərə diqqət yetirin. Qarşı tərəfin küsməsinə şərait yaratmayın. Işdə sabit vəziyyəti qarışdırmaq istəyən olacaq. Dedi-qodulardan uzaq durum. Gün ərzində böyük uğurlar qazanacaqsınız. Ona görə də əla əhval-ruhiyyə və sərhədsiz nikbinliyinizə təəccüblənməyə dəyməz.
Xərçəng
Bu gün əhatənizdəkilərin sizi anlamamasından gileylənəcəksiniz. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Ulduzlar nikbin olmağa çağırır. Yaxşı olar ki, fikirlərinizi dağıdacaq bir məşğuliyyət tapasınız.
Şir
Səhətinizə laqeyd yanaşmayın. Səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Günün birinci yarısında vacib işlərinizi həll edin ki, işlərin gedişində ləngimələr yaşanmasın. Ətrafdakılarla mehriban və səmimi olun.
Qız
İdeyalarınız dəstək və təqdirlə qarşılanacaq, yardım üçün təkrar xahiş etməyə ehtiyac qalmayacaq. Alış-veriş üçün də münasib gündür. Zövqünüzə həsəd aparanlar da tapılacaq. Işdə vəziyyət sabit olacaq. Axşam saatlarını sakitlikdə keçirin.
Tərəzi
Işlə bağlı təkliflər olacağı istisna deyil. Onları heç bir qorxu və şübhə olmadan qəbul edə bilərsiniz. Işinizdə diqqətli olun. Çalışın vaxtınızı səmərəli keçirin. Şəxsi müstəvidə vəziyyət sabit qalacaq.
Əqrəb
Həmkarlarla münasibətinizin korlanmasına şərait yaratmayın. Məsuliyyətsiz olmayın, əks halda iş yerinizdə problemlər yaşanacaq. Şəxsi münasibətlərdəki gərginlik narahatlığa səbəb olur, elə hiss yaranır ki, sizi aldadırlar. Müdiriyyətlə aranızda fikir ayrılığı da istisna deyil.
Oxatan
Işgüzarlıq sferasında alacağınız təkliflərdən yararlanın ki, bir də belə fürsət əlinizə düşməyəcək. Idmanla məşğul olmaq, aktiv istirahət etmək üçün əlverişli gündür. Açıq münaqişələr gözlənilmir. Hamı susqun narazılıqla, gizli eyhamlarla kifayətlənəcək.
Oğlaq
Ailə-məişət problemləri yaşanacaq. Əgər taleyin zərbələrinə hazır olsanız, onları vaxtında dəf etmək şanslarınız artacaq. Yalnız öz gücünüzə arxalanın. Təmkinli olun, əsəblərinizi cilovlayın. Işinizdə problemlər yaşanacaq. Pulunuza qənaət edin, israfçılıq etməyin.
Dolça
Özünüzdən razı olacağınız gündür. Hər şeyə inanmayın, eşitdiyiniz sözlərə tənqidi yanaşın. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Sizin yardımınıza etiyacı olanları diqqətdən kənarda qoymayın
Balıqlar
Əhval-ruhiyyəniz o qədər yaxşı olmayacaq. İntuisiyanız tezliklə problemlərin yaranacağından xəbər verir və bu, təlaş yaradır. Bütün problemlərinizi ailə üzvlərinizlə birlikdə həll etməyə çalışın. Qənaət edin ki, pul toplayıb bir sıra məişət problemlərinizi yoluna qoya biləsiiz.